Mojo.az Banner
19:43 Keçmiş ədliyyə naziri vəfat edib - FOTO  |     19:38 İmişlidə kişi evi ilə birlikdə yandı  |     19:29 Azərbaycanlı döyüşçü İsveçdə MMA turnirində braziliyalı rəqibinə qalib gəlib  |     19:23 Ötən gün Azərbaycanda 11 qanunsuz silah aşkarlanıb  |     19:15 "Artemis II" missiyasının heyəti Yerə qayıtdı  |     19:10 Bazar günü yağış yağacaq  |     19:03 Keşlədə çökən kollektorun qəzalı hissəsi dəyişdirilir  |     18:56 AFFA oyunları təxirə saldı - SƏBƏBİ  |     18:49 Cəlilabadda 17 kq narkotik vasitə aşkarlandı  |     18:44 Işın Karaca Yunanıstandan deportasiya edildi  |     18:35 Bakı küçələri yuyuldu  |     18:30 Azərbaycanda bəzi şəxslər imtahansız işə qəbul ediləcək  |     18:22 Saatlıda narkotikin təsiri altında avtomobil idarə edən üç nəfər saxlanılıb  |     18:15 Çiyələyə zəhərli maddələr qatdığını dedi, araşdırma başladıldı - Video  |     18:01 "Qarabağ" çempionluq yolunda növbəti xal itkisi ilə üzləşdi  |     17:45 Xocalıda hər iki valideynini itirən Nigar 39 yaşında vəfat etdi  |     17:40 "ABŞ Hörmüz boğazının minalardan təmizlənməsinə başlayır" - Tramp  |     17:31 Rusiya-Ukrayna cəbhəsində Pasxa atəşkəsi başladı  |     17:13 Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ  |     16:50 Bazar günü yağış yağacaq  |    
Left Banner
Right Banner

Ədəbiyyat dərsliyindən qan axır

11.04.2019 19:44 1 991
Ədəbiyyat dərsliyindən qan axır
Günel Səfərova
"Gənc Vətəndaş" İctimai Birliyinin icraçı direktoru

Uşağın şəxsiyyət kimi yetişməsi ilk olaraq onun ailəsindən, ailəsi yoxdursa, böyüdüyü icma və məktəbdən asılıdır. Məsələn, Almaniyada məktəbdə simulator oyunları keçirirlər. Uşağa deyirlər ki, sən ata olduğunu təsəvvür elə və bu üç uşaq sənindir, onlar evə partidən gec gəlib və dərs etməyi çatdırmayıblar. Soruşurlar ki, belə halda onlarla necə davranarsan? Bir uşaq ikisinin küncə qoyulacağını, birinin isə ac qalacağını deyib. Digər uşaq kəmərini çıxararaq, onları vurmaq istəyib. Başqa bir uşaq isə onlara təklif edib ki, gəlin birlikdə dərs edək, amma bu təkrar olsa, pleysteyşn oynamağı bir ay müddətinə qadağan edəcək.

Deməli, fərqli yanaşmalar ailədən gəlir. Bizim kimi daha çox tədrisə yönələn təhsil sistemlərində isə bu yanaşma yoxdur. Fikrimcə, bizim orta məktəblər (bəzi özəl və xüsusi məktəblər istisna olmaqla) şəxsiyyət yetişdirə bilməz. Halbuki etməlidir. Məsələn, Yaponiya təhsil sistemində 10 yaşa kimi uşağa yalnız davranış, milli adətlər, vətən sevgisi və dünya anladılır. Amma unutmayaq ki, Şimali Avropa, Skandinaviya, Yaponiya, Koreya kimi misallarda uşaq səhər saat 8-də dərsə gedib axşam 7-də ordan çıxır. Yəni burda sistem məktəblər üzərində qurulub. Amma məsələn, eyni sistemdə olan Almaniyada yay tətilindən qayıdan məktəblinin inşasında uşağın dincəlmədiyi hiss olunarsa, ailə cəza ala bilər.

Bizim sistemə gəldikdə, məktəblərimiz bu gün laboratoriyadır və uşaqlarımızın üzərində test edilir. Şəxsən mən Avropa liseyində təhsil almışam. Dini adətlərin daşıyıcısı, konservativ ailədə böyümüşəm. Amma Avropa liseyi qazandığım şəxsi keyfiyyətlərin əsasını qoyub - insanları olduğu kimi qəbul etmək və s. Məktəbin məsuliyyəti var və tam razıyam ki, məktəb ən önəmli tərəflərdən biridir, amma biri. Hazırki təhsil sistemində yalnız məktəb effekt verməyəcək. Ailə, məktəb və cəmiyyət bir arada uşağı yetişdirməlidir. Baxın, internat və uşaq evində böyüyən neçə uğurlu adam saya bilərsiniz? Ailə bizim tipli cəmiyyətlərdə daha önəmlidir, çünki işlək mexanizm hələ ki yoxdur. Yəni çarx müəyyən yerdə dönmür, amma gələcəkdə bu yanaşma reallıqda həyata keçəcək.

Yəni indiki sistemdə təhsil alan uşaqlara sözün açığı bir az yazığım gəlir. Çünki "education policy” vahid deyil və qarışıq bir vəziyyətdir. Ailələr isə təəssüf ki, hazır deyil. Məsələn, bizə elə gəlir ki, uşağı pullu və çox yüksək səviyyədə təhsil verən məktəblərdə oxutdurmaq çıxış yoludur, amma o uşaq bu cəmiyyətlə dil tapa biləcəkmi? Mənim şəxsi fikrim belədir ki, təxirə salınmadan dərsliklər tamam dəyişməli, dili asanlaşmalı və orda olan mətnlər tamamilə dəyişməlidir. Ailənin uşağa münasibəti həm də sosial duruma bağlıdır (kasıb ailə uşağın sevmir deyə bir şey deyil, məsələn, teatr, sərgi, ətrafı tanıma və s). Cəmiyyətin spesifik yanaşmasından daha çox cəmiyyəti yönəldən sistem lazımdır.

Mən təhsil eksperti deyiləm, hüquqşünasam, amma işim uşaqlarla, təhsillə və ailələrlə birbaşa bağlıdır. Məncə, təhsildə konkret addımlarda bir az gecikmişik. Təsəvvür edin, 8-ci sinifdə bizim kökümüz olan Dədə Qorqud necə anladılır? Yazır ki, Qazan xan oğlunu 6 parçaya bölüb 6 yerə atmaq istəyirdi. İndi bunu oxuyan uşaq, sizcə, nə düşünür? Ədəbiyyat dərsliyindən qan axır və ya Qarabağ savaşı haqda yazırlar ki, "uşağın atası görür ki, qızının qanı qardan çıxan bənövşələrin üstünə səpilib”. Bu, uşağa uduzmaq psixologiyasını yükləyir və potensial psixoloji xəstələr yetişir. Biologiya kitabını oxusanız, lap dəhşətə gələrsiniz.

Məktəblərdə müəllimlər uşaqlara "qoyunsunuz, sizdən adam olmayacaq, tərbiyəsizlər, tupoylar və s.” deyirlər, uşaqlar bir-birlərinə fiziki, mənəvi zorakılıq edirlər, psixoloji gərgin müəllimlər "dərs keçirlər”. Uşaqlara ağır dərs yükü inanılmaz zərbə vurur. Məncə, onlar da bunu istəmirlər, lakin bacarmırlar. Yaxşı vətəndaş və peşəkar kadrlar yetişdirmək istəyiriksə, bacarmaq və dəyişmək üçün iradə nümayiş etdirməliyik.

Təkliflər tənqid kimi qəbul edilirsə, hansı yenilikdən danışa bilərik?

İndi yaxşı təhsil çox bahadır və bu hər bir insan üçün əlçatımlı deyil. Yaxın gələcəkdə süni intellekt insanın əl əməyini hətta yaradıcılığı əvəz edəcək. Lakin liderlik, ünsiyyət, kommunikasiya, anlama və hissetmə qabiliyyətləri olan insanlar qazanacaqlar. Amma öncə mühit dəyişməlidir və yaxşı təhsil alan insan bilməlidir ki, o, sabah əmək bazarında süni əngələ rast gəlməyəcək. Yenilik hər zaman köhnəliklə toqquşacaq. Biz uşaqlara yeni bilikləri aşılamalıyıq. Daha doğrusu, uşaqların bacarığını üzə çıxaracaq sistemi yaratmalıyıq.
скачать dle 11.3
Mojo.az Banner