Mojo.az Banner
Son Xəbərlər
23:50 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq  |     23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |     22:47 Vəkili Nəvainin həbsdəki həyatından danışdı  |     22:40 Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi  |     22:35 Sərnişin qatarlarına 26 dəfə daş atılıb  |     22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Son dörd ildə 10 məktəbli intihar edib – Siyahı

06.04.2019 16:58 2 444
Son dörd ildə 10 məktəbli intihar edib – Siyahı
Bir neçə gün əvvəl Bakı şəhərinin 162 saylı məktəbində 14 yaşlı Elina Hacıyevanın özünü üçüncü mərtəbədən ataraq intihar etməsi gündəm yaradıb.

Qızcığazın uşaqlara xas olmayan qəddarlığın qurbanı olması, yaşamağı yox, ölümü seçməsi son illər baş verən oxşar hadisələri yada salıb.

Təhsil üzrə ekspert Kamran Əsədov son illər intiharı son çarə olaraq görmüş məktəblilərin siyahısını oxu.az-la bölüşüb:

“1. 11 oktyabr 2018-ci il: Qaradağ rayon 302 nömrəli tam orta məktəbdə 3-cü sinif şagirdi intihara cəhd edib.

2. 25 fevral 2015-ci il: Cəlilabad şəhər 7 saylı orta məktəbdə 7-ci sinif şagirdi, 13 yaşlı şagird özünü məktəbin 3-cü mərtəbəsindən atıb.

3. 4 aprel 2019-cu il: Bakı şəhəri 162 saylı orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva özünü məktəbin 3-cü mərtəbəsindən atıb.

4. 28 dekabr 2016: Zirə qəsəbəsində yerləşən 241 saylı orta məktəbin 11-ci sinfində oxuyan Firuz Kamal oğlu Məmmədov evin hamamında özünü asıb.

5. 11 Mart 2018: Gəncə şəhəri, Cavad xan qəsəbəsi sakini, 17 yaşlı, 11-ci sinif şagirdi Mədətov Səbuhi Əli oğlu özünü asaraq intihar edib.

6. 4 dekabr 2017: 2005-ci il təvəllüdlü – 12 yaşlı Adıgözəlov İsmayıl Çingiz oğlu yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq intihar edib.

7. 4 dekabr 2015-ci il: Sabirabad rayonu Ahısxa kəndi, 2000-ci il təvəllüdlü, IX sinif şagirdi Rahilə Əlicanova bitki dərmanı içərək intihar edib.

8. 20 aprel 2015-ci il: Kürdəxanı qəsəbəsində 2003-cü il təvəllüdlü, VI sinif şagirdi Ruslan Həsənli yaşadığı evdə özünü asıb.

9. 9 fevral 2019: Biləsuvar rayonunda 2004-cü il təvəllüdlü, A.Həsənov adına Çinarlı kənd tam orta məktəbinin 9-cu sinifdə təhsil alan Asəf Xeyrulla oğlu Həsənov özünü qonşunun bağında ağacdan asaraq, intihar edib.

10. 16 sentyabr 2015-ci il: Cəlilabad rayonu Gülməmmədli kənd sakini, 12 yaşlı VI sinif şagirdi həyətlərindəki yardımçı tikilidə özünü asıb”.скачать dle 11.3

Son xəbərlər