Mojo.az Banner
13:47 "Qəbələ" heyətini yeni futbolçu ilə gücləndirib  |     13:44 Ceyhun Bayramov: "Biz hazırda de-fakto sülhə nail olmuşuq"  |     13:43 Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edib  |     13:40 ÜST rəhbərindən dünyaya HƏYƏCAN TƏBİLİ: "Yeni pandemiya qaçılmazdır"  |     13:37 Bakıda 420 min manatlıq mənzili saxta sənədlərlə ələ keçirib 170 min manata satdı – MƏHKƏMƏ  |     13:31 Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq  |     23:01 Tanınmış iqtisadçının evinə ilan girdi - Sumqayıtda təhlükəli anlar  |     22:56 Kürdəmirdə açıq ərazidə yanğın başlayıb  |     22:50 Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı  |     22:43 Hazırda istifadə edilən ödəniş kartlarına da məhdudiyyət qoyulacaq? - Açıqlama  |     22:38 Zidan QADAĞAN ETDİ  |     22:29 Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək  |     22:23 Bakı metrosunda HƏYƏCANLI ANLAR: Sərnişin relslərə düşdü  |     22:18 Ağaclar qanunsuz kəsildi, təbiətə 225 min manatdan çox ziyan vuruldu  |     22:10 Çay evində mahnı sifarişi üstündə DAVA: Müştəri bıçaqlandı  |     22:05 Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək  |     21:51 Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq  |     21:44 Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər  |     21:39 Üç yaşlı uşaq 21 maqnit uddu  |     21:34 Körpələrə ana südü nə qədər verilməlidir?  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda yeni metro stansiyası tikiləcək - Yer ayrıldı

01.04.2019 12:12 5 591
Bakıda yeni metro stansiyası tikiləcək - Yer ayrıldı
İlk olaraq “B3” stansiyasının istifadəyə verilməsi nəzərdə tutulsa da, “Ağ şəhər” ərazisində yeni metrostansiyasının inşası üçün yer ayrılıb.

Bu barədə oxu.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Qeyd edib ki, stansiyanın inşasına nə zaman başlanılacağı ilə bağlı dəqiq tarix yoxdur:

“Sözügedən və şərti olaraq “Y-14” adlanan yeni stansiyanın “Xətai” stansiyasından sonra inşası planlaşdırılır. Bu stansiya üçün nəzərdə tutulan ərazi 2011-ci ilin konseptial inkişaf sxemi əsasında seçilib və hasarlanıb.

Bu xəttin davamı “Y-15”, neftayırma zavoduna yaxın ərazini əhatə edəcək. Digər hissəsi olan “Y-16” isə “Həzi Aslanov 2” stansiyasına birləşəcək. “Həzi Aslanov” stansiyasında da “Memar Əcəmi” stansiyasında olduğu kimi keçid olacaq.

Növbəti stansiyanın inşası Günəşli istiqamətində nəzərdə tutulur və xətt əsas “Y-14” və “YE-15” stansiyalarından başlayıb “Xətai” stansiyası ilə birləşdiriləcək. Bu sxem vasitəsilə gələcəkdə xətlər ayrılan zaman onların müstəqil şəkildə fəaliyyət göstərməsi üçün şərait yaranmış olacaq”.

скачать dle 11.3
Mojo.az Banner