Mojo.az Banner
19:58 Azərbaycanda qadın hərbçilərlə bağlı YENİ QƏRAR: Müddət kəskin azaldıldı  |     19:50 Toyuq filesi marketlərdə niyə YOXA ÇIXIB?  |     19:29 Kamran Əliyev Rusiyada bir sıra görüşlər keçirdi - MÜHÜM RAZILAŞMA  |     19:12 Sabah bir sıra rayonlarda QAZ OLMAYACAQ  |     19:11 Zal Yusifovun oğlu yenidən MƏHKƏMƏ QARŞISINDA: Kimin ifadələri dinlənildi?  |     18:51 Azərbaycanın yeni hərbi robotları nümayiş etdirildi  |     18:38 Azərbaycanda hava KƏSKİN DƏYİŞƏCƏK: Yağış, dolu, qar və sel gözlənilir - XƏBƏRDARLIQ  |     18:05 Həkimi döydü, xadimənin sümüyünü sındırdı  |     17:50 Deputatların pensiyaları ilə bağlı YENİ QAYDA  |     17:29 Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO  |     17:24 İldə 20 min manatdan çox pul köçürə bilməyəcəksiniz - YENİ QƏRAR (Yenilənib)  |     17:20 Bakıda elektron qəlyana görə adam öldürməyə cəhd edən yeniyetməyə HÖKM OXUNDU  |     17:18 Qonşular dörd uşaq anasının qətlindən danışdılar: "Xoşbəxt görünürdülər, daxildə nə olub, bilmirik" - VİDEO  |     17:13 Azərbaycanda terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı YENİ LAYİHƏ  |     17:12 Qanunda dəyişiklik: Satınalma müqavilələri elektron formada rəsmiləşdiriləcək  |     17:08 Nəvəsinin sevgilisini bıçaqlayan 78 yaşlı kişi: "İki bıçaq qırıldı, üçüncünü götürdüm"  |     17:00 Dilan Polat yenə saxlanıldı  |     16:03 Günəşdə güclü partlayışlar: Maqnit qasırğası gözlənilir  |     14:57 Elman Rüstəmov məşhur restoranını SATDI  |     14:55 Azərbaycanın bu ölkə ilə viza rejimi ləğv edilir  |    
Mojo.az Avto
Mojo.az Avto

“Amerikada məni həbs edə bilərdilər” – Emin Ağalarov

30.03.2019 14:58 3 430
“Amerikada məni həbs edə bilərdilər” – Emin Ağalarov
Məşhur azərbaycanlı müğənni və Rusiya biznesmeni Emin Ağalarov ABŞ-da xüsusi prokuror Robert Müllerin bu günlərdə başa çatan təhqiqatı barədə danışıb.
 

Ağalarov "The Bell” nəşrinə müsahibəsində Müllerə ifadə verməyə hazır olduğunu deyib. Amma bildirib ki, son anda fikrini dəyişib, çünki Amerikada onu həbs edə və təhqiqat başa çatana qədər həbsxanada saxlaya bilərdilər.
 
Xatırladaq ki, xüsusi prokuror ehtimal edilən Tramp-Rusiya sövdələşmələri çərçivəsində rusiyalı vəkil Natalya Veselnitskayanın Nyu-Yorkda Trampın oğlu ilə görüşü epizodunu da araşdırırdı. Həmin görüşü Emin Ağalarov təşkil etmişdi. Görüşdə məqsəd Hillari Klinton barədə kompromatların Trampa çatdırılması olmuşdu. Lakin tərəflər bildirirdi ki, görüş başlayanda rusiyalı vəkildə əslində heç bir kompromatın olmadığı üzə çıxıb.
 
"Mən istintaqın suallarına cavab verməyə hazır idim və ABŞ-a planlaşdırdığım konsert turnesi zamanı ifadə verməyə hazırlaşırdım. Xüsusi olaraq buna iki həftə vaxt ayırmışdım. Çünki gizlətməyə nəyimsə yoxdur. Lakin turneyə bir neçə gün qalmış mənə vəkil zəng vurdu və dedi ki, Müller məndən ifadə almağa hazırdır, amma aeroportda istintaqa cəlb edildiyim haqda order təqdim etməklə. Bu isə o deməkdir ki, sən avtomatik olaraq istintaqın fiqurantı olursan və istintaq başa çatmayana qədər ABŞ-ı tərk edə bilməzsən. Həmin məqamda istintaq artıq iki ildir gedirdi və mən orada ilişib qalmağa hazır deyildim. Mənim dörd uşağım var, mən oturub gözləyə bilməzdim ki, istintaq nə zaman bitəcək”-Emin Ağalarov deyib.
 
ABŞ-a konsert turnesini ləğv etməsi nəticəsində müğənni yarım milyon dollar itirib. Çünki onun konsertlərinə bütün biletlər satılmışdı. Ağalarov deyib ki, başqa gəlir yerləri olduğu üçün müğənniliyə pul qazanmaq vasitəsi kimi baxmır. Amma payızda hər halda Amerikaya getməyə və konsert verməyə hazırlaşır.
 
E.Ağalarov onu da deyib ki, rublun dəyərdən düşməsi nəticəsində onun obyektlərindən əldə edilən icarə gəliri təxminən yarıbayarı azaldı. "Biz güzəştlər etməli olduq, icarəçilərlə güzəştli şərtlərlə anlaşmaq lazım gəldi. Rusiya bankında xeyli kreditimiz var. "Sberbank”a olan borcumuz 1.8 milyard dollar təşkil edir. Kredit böyükdür, amma biz ona müqavilə üzrə xidmət göstərə bilirik. Əgər pul çatmırsa şəxsi vəsaitlərimizdən götürüb veririk. Günahkar biz deyilik ki, ölkə böhrana düşüb və ödəmək çətinləşib”-biznesmen müğənni bildirib.
 
//Virtualaz.org

скачать dle 11.3
Mojo.az Banner