Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Mərdəkanda təhlükəli bina - FHN “yaşamaq olmaz” deyir, insanlar isə köçürülmür (FOTO)

29.03.2019 12:09 4 266
Mərdəkanda təhlükəli bina - FHN “yaşamaq olmaz” deyir, insanlar isə köçürülmür (FOTO)
Bakıda məcburi köçkünlərin yaşadığı bina qəzalı vəziyyətə düşüb.

Binaya baxış keçirən Fövqəladə Hallar Nazirliyi buranın, həqiqətən, qəzalı olduğuna və yaşayış üçün yararlı olmadığına dair rəy verib.

Söhbət Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “Bakılı sanatoriyası” adlanan ərazidən gedir. Sözügedən ərazidə yaşayan əslən Ağdam rayonundan olan məcburi köçkün Teymur Hacıəliyev deyir ki, onların binanın zirzəmisində yaşayır və övladlarının həyatı üçün narahatdır:

“Burada qış aylarında necə yaşadıq, bir Allah bilir. Yağış suları bir tərəfdən, kanalizasiya suları, axıntılar bir yandan. Özüm artıq rütubətdən, nəmişlikdən xəstəlik tapmışam. Övladlarım üçün narahatam. Aidiyyəti qurumlar bizim vəziyyətimizə laqeyd yanaşır. FHN-ə yazılı şəkildə müraciət etmişəm”.

Bina qəzalı olduğu üçün bütün sistem çöküb və birbaşa ailənin qaldığı otağa su, çirkab, kanalizasiya suları axır. Ailənin azyaşlı uşaqları var.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında deyib ki, Bakı şəhərində birinci köçürülmə başlayan zaman qeydiyyata alınan ailələrin hər biri müvafiq ünvanlara köçürüləcək:

“Hələlik Bakıda məcburi köçkün ailələrinin köçürülmə prosesinə başlanılmayıb. Biz başa düşürük ki, vətəndaşlar bir qədər çətinliklər yaşayır. Amma narahatlığa əsas yoxdur. Bir qədər səbrli olsunlar. Birinci Kürdəxanı ərazisinə, daha sonra isə Qobu Parka köçürülmə olacaq.

Onu da qeyd edim ki, dediyiniz kimi, FHN tərəfindən həmin əraziyə qəzalı olduğuna dair rəy verilibsə, köçürülmə zamanı məhz həmin ailələrə üstünlük veriləcək.

Əgər bizim nümayəndələrimiz əraziyə baxış keçirib, ailəni qeydiyyata alıbsa, heç bir narahatlığa ehtiyac yoxdur. Köçürülmə təxminən mart ayının sonları, aprel ayının əvvəllərinə təsadüf etməsi gözlənilir.

Kürdəxanı ərazisinə köçürülmə zamanı açılışda cənab prezident İlham Əliyev özü də iştirak edəcək. Açılışdan sonra 10-15 gün ərzində ailələrin köçürülməsi prosesi tamamlanacaq”.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Yəhya Babanlının saytımıza verdiyi açıqlamaya görə, ailə mövcud problemlə əlaqədar ərazinin icra orqanına müraciət etməlidir:

“İlk olaraq vətəndaş rayon üzrə İcra Hakimiyyətinin özünün Fövqəladə Hallar Komissiyasına müraciət etməlidir. Komissiyaya icra başçısının müavinlərindən biri rəhbərlik edir. Həmin cavabdeh şəxs tərəfindən bizə məktub göndərilən zaman araşdırma aparılacaq və zəruri tədbirlər görüləcək.

Ya da vətəndaş özü şəxsən birbaşa Fövqəladə Hallar Nazirliyinə yazılı surətdə müraciət ünvanlamalıdır. Bu kimi məsələlərə şifahi şərh vermək çətindir. Əraziyə yerində baxış keçirilməlidir. Qaydalara uyğun olaraq isə yekun əticələr əsasında ehtiyac olarsa, zəruri təxliyyə prosesləri həyata keçirilməlidir”.

Ailənin aidiyyəti qurumlardan istəyi isə qəzalı binanın düzəldilməsi və ya başqa bir yerə köçürülmələrinin təmin edilməsidir.

Qeyd edək ki, məsələ ilə bağlı fotoları sosial şəbəkədə Zaur Əliyev paylaşıb.







//oxu.az

Son xəbərlər