Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:28 Bakıda ağac maşının üzərinə aşdı | 13:27 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib | 13:27 Bakıdan Cəbrayıla gedən avtomobil aşdı: Ziyarətə gedən qadın öldü | 13:08 Sabah bəzi yollar buz bağlaya bilər | 13:03 Kirayə avtomobillərlə səfər edənlərə DYP-dən xəbərdarlıq | 13:02 İlham Əliyev Norodom Sihamonini təbrik edib | 12:35 Antalyada COP31 başlayıb | 12:10 Azərbaycan Türkiyədən nə qədər mal alıb? - Rəqəmlər | 12:08 Rusiyada kişi yanğınsöndürənləri çağırıb onların maşınını qaçırdı | 11:59 Bakıda kanalizasiya xəttinə görə iki küçənin sakinləri arasında mübahisə düşdü - Video | 11:42 Ağdaşda 17 yaşlı yeniyetmə 36 yaşlı kişini bıçaqlayıb | 11:41 Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı | 11:19 Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb | 11:13 Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib - Foto | 11:09 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 11:07 Alyona Əliyeva BIAF 2026 Festivalından paylaşım edib - Foto | 11:03 İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Bayrağı Günü ilə bağlı videoçarx paylaşılıb | 23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü |
Mojo.az Avto
Mojo.az Avto

Metroda bayram şənliyi olacaq

18.03.2019 19:53 2 436
Metroda bayram şənliyi olacaq
Martın 19-20-də "İçərişəhər" stansiyasında ikigünlük Novruz şənliyi olacaq.

“Bakı Metropoliteni”QSC-dən verilən məlumata görə, qədim milli xalq tamaşasının personajları olan Bahar qız, eləcə də qışla yazın mübarizəsini canlandıran Keçəl və Kosa şən səhnəcikləri, zarafatları ilə, dadlı-duzlu söhbətləri ilə sərnişinlərə xoş anlar bəxş edəcəklər.

Azərbaycan teatr səhnəsinin peşəkar aktyorlarının ifasında sərnişinlərə təqdim ediləcək Novruz şənliyində həm də illüziya proqramı da təqdim olunacaq. Müsabiqələr laureatı, tanınmış gənc istedad Anar Əliyev sərnişinlərə ən orijinal proqram nömrələrini nümayiş etdirəcək.

“Bakı Metropoliteni” QSC-nin daha bir sürprizi bayram günlərində artıq sərnişinlərin sevimli muzey eksponatına çevrilmiş retro vaqonlardan təşkil edilmiş qatarın "İçərişəhər" stansiyasının birinci yolunda nümayişi olacaq. Sərnişinlər SSRİ metro tarixinin ilk vaqonlarından olan 1934-cü ildə istifadəyə verilmiş "A", həmçinin 1953-56-cı illərin istehalı olan "Г" və 2009-cu ilə qədər Bakı metropoliteninin xətlərində fəaliyyət göstərmiş "ЕЖ-3" tipli vaqonların qoşulduğu qatar tərkibinə tamaşa etməklə, salonlarda xatirə şəkilləri çəkdirmək fürsəti əldə edəcəklər.

Bahar şənliyi personajlarının, eləcə də illüziyaçının bayram tamaşası "İçərişəhər" stansiyasının vestibülündən başlayaraq, daha sonra retro qatarda sərnişinlərin əhatəsində davam edəcək.

"Bakı Metropoliteni" QSC Novruz şənliyinin keçirildiyi 19-20 mart tarixlərində bayram sovqatı da hazırlayıb. Şənliyin gedişi zamanı, daha sonra vaqonlarda oyuncaqlardan ibarət hədiyyələr kiçik sərnişinlərə təqdim olunacaq.//publika.az

Son xəbərlər