Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Feysbuk müsəlman qətliamının canlı yayımına niyə icazə verdi? – Şok detallar

16.03.2019 21:43 2 755
Feysbuk müsəlman qətliamının canlı yayımına niyə icazə verdi? – Şok detallar
Yeni Zelandiyada iki məsciddə 49 nəfəri qətlə yetirən terrorçu Brenton Tarrant öz qanlı aksiyasını Feysbuk üzərindən canlı yayımlamışdı.

Median.Az
teleqraf.com-a istinadən bildirir ki, hadisə baş verən vaxt bunun Feysbuk rəhbərliyinin yox, ilk olaraq Yeni Zelandiya polisinin xəbər tutması etirazlara səbəb olub.

Bundan əvvəl isə terrorçu Tvitter hesabında qətliamda istifadə etdiyi silahlardan birinin fotosunu paylaşmışdı. Silahın üzərində müsəlmanlara qarşı olan kəskin və təhdidedici qeydlər vardı.

Qətliam baş verməmişdən əvvəl Tarrant Tvitterdə müsəlmanlara qarşı 63 paylaşım etmişdi və terror aktı törədəcəyinin anonsunu vermişdi. Fevral ayında Tvitterdə hesabı da bu məqsədlə açmışdı.

Brenton Tarrantın islam əleyhinə aktiv fəaliyyət göstərdiyi əsas sosial şəbəkə saytı isə "Politically incorrect" adlı internet saytı idi. Qətliam baş verən andan bir neçə saat əvvəl həmin sosial şəbəkədə "İşğalçılara (müsəlmanlara) hücum edib, Feysbukda canlı yayımlayacağam" mesajını paylaşmışdı. Yalnız hadisə baş verdikdən qısa müddət sonra Brenton Tarrantın Tvitter və Feysbuk hesabları ləğv edildi.

Feysbuk isə hadisə baş verən vaxt təcili olaraq, Yeni Zelandiya polisinə xəbərdarlıq etdiyini iddia edib: "Canlı yayım başlamazdan qısa müddət sonra polisə xəbərdarlıq etdik. Biz də sürətli şəkildə təcavüzkarın hesabını dondurduq".

Lakin hadisənin Brenton Tarrantın canlı yayıma çıxdığı bu sosial şəbəkənin yox, ilk olaraq polis tərəfindən təsbit edilməsi isə şübhəli suallar yaradıb. Terrorçunun hesablarının qətliam baş verdikdən sonra ləğv edilməsi isə müzakirələri bir qədər də qızışdırıb.

Qeyd edək ki, martın 15-də Yeni Zelandiyada baş vermiş müsəlman qətliamı Feysbuk üzərindən canlı yayımlanmışdı. Yerli saatla 13.40-da başlayan yayımda terrorçu avtomobillə məscidə doğru irəliləyəndə maqnitofonda müsəlmanlar əleyhinə yazılmış "Remove Kebab" adlı mars səslənirdi.

Terrorçu avtomobilini Kristçerç şəhərində yerləşən Hagli Park adlı ərazidə saxlayır və silahlarını nümayiş etdirir. Üzərində adlar və şüarlar yazılan silahlardan birini götürərək məscidə doğru irəliləyir və qarşısına çıxan müsəlmanların hamısını qətlə yetirir.

Canlı yayım 20-ci dəqiqəsində kəsilir, saat 15:00-da isə terrorçu Brenton Tarrant saxlanılır. Lakin canlı yayıma icazə verdiyi üçün Feysbuk rəhbərliyi kəskin etirazlarla qarşılaşır. Çünki qətliam baş verdiksən sonra da, həmin video-görüntünü Feysbukla yanaşı, İnstaqram və Yutub sosial şəbəkələrindən əldə etmək mümkün idi.

Amerikalı senatorlar Kori Buker və Mark Varner sosial media şirkətlərini görüntülərin aradan götürülməsində gecikdikləri üçün sərt şəkildə tənqid ediblər.

Son xəbərlər