Mojo.az Banner
22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |     18:14 Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı  |     18:11 Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var - Foto  |     16:14 Pensiya kapitallarında dəyişikliklə bağlı - Rəsmi açıqlama  |     16:00 Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib  |     15:59 Ermənistanda hərbçi güllələnərək öldürülüb  |     15:53 Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəldi  |     15:50 Bu ərazidə yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO  |     14:25 Masazırda 4 maşın yandı  |     14:13 Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA  |    
Mojo.az Avto
Mojo.az Avto

"Qarabağ" "Səbail"i məğlub edib

15.03.2019 20:32 2 313
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun daha bir oyunu keçirilib.

"Səbail" "Bayıl Arena"da "Qarabağ"ı qəbul edib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 34-cü dəqiqədə cərimə zərbəsi ilə "Qarabağ"ın ispaniyalı yarımmüdafiəçisi Dani Kintana açıb. 42-ci dəqiqədə "Səbail"in hücumçusu Ağabala Ramazanov bərabərlik qolunu vurub. Oyunda son nöqtəni 77-ci dəqiqədə Riçard Almeyda qoyub. O, Elvin Yunuszadənin əlinə dəyən topa görə təyin olunmuş penaltini dəqiq yerinə yetirib.

Görüşü AFFA-nın baş katibi Elxan Məmmədov və "Səbail" rəhbərliyi ilə yanaşı, klubla müqavilə imzalayacağı gözlənilən Maykl Essyen də izləyib.

"Qarabağ"la vida matçının iştirak ərizəsində yer alan albaniyalı müdafiəçi Ansi Aqolli isə sonadək ehtiyatda qalıb.

Bu nəticədən sonra xallarını 45-ə çatdıran "Qarabağ" liderliyə yüksəlib. "Səbail" isə 31 xalla 3-cü pillədə qalıb.

Qeyd edək ki, tura 19:00-da başlayacaq "Neftçi" - "Qəbələ" matçı ilə yekun vurulacaq. XXl turun ilk oyunlarında "Zirə" "Keşlə"ni 2:0 hesabı ilə məğlub edib. "Sabah" - "Sumqayıt" görüşündə qalib müəyyənləşməyib - 1:1.скачать dle 11.3
Mojo.az Banner