Mojo.az Banner
21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |     20:15 Ət bazarında yeni qaydalar: Qiymətlər bahalaşa bilər  |     20:10 Bakı 2040-cı ilədək çoxmərkəzli şəhər modelinə keçəcək  |     20:02 Çörəyin son istifadə tarixindən əvvəl xarab olduğunu necə anlamaq olar?  |     19:57 Deputat: "Ermənilərin Azərbaycan tarixi ilə bağlı saxtakarlıqları davam edir"  |     19:49 Pəncərələrdə tül artıq məcburi deyil: Müasir evlərdə onu nə ilə əvəz edirlər?  |     19:43 Milli 1-0 məğlub olduğu üçün istefa verdi  |     19:41 Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI  |     19:37 “Masazır dairəsi”ndə ölümlə nəticələnən qəzanın VİDEOSU  |     19:30 "14 manata ət təklif etdik, qəssab almadı" - Fermerdən şikayət  |    
Mojo.az Avto
Mojo.az Avto

“İçərişəhər"də Novruz festivalı - Türkiyəli müğənni çıxış edəcək

15.03.2019 20:17 1 837
“İçərişəhər
"İçərişəhər"də "Bahar Qalası" festivalı keçirləcək.

Median.Az
Trend-ə istinadən bildirir ki, 20-26 mart tarixlərində baş tutacaq festivalda siz sehrli bir aləmə düşəcəksiniz.

Qoşa Qala meydanındakı dekorasiyalar qonaqları Bakımızın keçmişinə səyahətə aparacaq.

Ənənəvi olaraq təşkil edilən konsert proqramı festival ərzində hər gün saat 12:00-dan axşam saat 18:00-a qədər davam edərək, tamaşaçılara həm milli, həm də digər xalqların nümayəndələrinin ifasında Novruz ənənəsinə sadiq olaraq bir-birindən fərqli rəqslər və nəğmələr təqdim edəcək, estradamızın ulduzlarının ifasında sevilən mahnılar səslənəcəkdir.

Festival müddətində İçərişəhərin hər bir guşəsi çıraqban olacaqdır. Qüllə küçəsi boyunca səkiləri bəzəyəcək xalçalar, onların üzərində qoyulacaq incəbelli səmənilər, rəngbərəng yumurtalar sizə özünüzü evinizdəki kimi hiss etdirəcək, keçiddə canlandırılacaq opera səhnəcikləri izləyənlərdə sehrli bir nağıl təəssüratı yaradacaq.

Həmçinin Qüllə küçəsi boyu qurulacaq "Şərq Bazarı", oradakı tacirlərin və onların dəvələrinin istirahət etməsi bu ərazini öz tarixi gözəlliyinə qovuşduracaq. Bazarda yerli quru meyvə və çərəz markaları öz məhsullarının çeşid zənginliyi ilə qonaqları təəccübləndirəcəkdir.

Qız Qalasının arxasındakı meydanda İçərişəhərin sakinlərinin qonaqlara öz qonaqpərvərliklərini nümayiş etdirmək, onlara Bakı mətbəxinin zənginliklərini sərgiləmək və əlavə gəlir əldə etmək üçün 3 satış nöqtəsi təmənnasız onların istifadəsinə veriləcəkdir.

Qız Qalası qarşısında yerləşən meydanda Azərbaycan Respublikası ərazisində yaşayan xalqların uşaq ansamblları öz milli geyimlərində ifa edəcəkləri rəqslər və nəğmələrlə izləyənlərə Novruz bayramının çoxsaylı etnik qrupları birləşdirməsini, Azərbaycan ərazisində yaşayan xalqların firavan həyatını nümayiş etdirəcəkdir.

Bütün bu yeniliklər ilə yanaşı isə gəncləri sevindirəcək bir xəbərimiz var. Yalnız 1 gün - 23 mart tarixində, saat 17:00-da Qoşa Qala meydanında Türkiyənin gənc estrada ulduzu Aleyna Tilki konsert proqramı ilə çıxış edəcəkdir.

скачать dle 11.3
Mojo.az Banner