Mojo.az Banner
12:30 610 bal topladı, amma tələbə ola bilmədi - FOTO  |     12:25 Ermənistan ordusunda ölümlər: Son üç gün ərzində üçüncü hadisə  |     12:22 Buzovnada faciə: Körpə ölü doğuldu, ailə həkim səhlənkarlığını iddia edir - VİDEO  |     12:15 Əfsanəvi Dolli Parton 81 yaşında vəfat etdi  |     12:05 Alyona Əliyeva Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib - FOTO  |     11:58 Kimlər daha tez pensiyaya çıxa bilər? – Açıqlama  |     11:52 Yaş həddi artırılır – 70 yaşdan yuxarı şəxslərin NƏZƏRİNƏ  |     11:45 Payızda iş axtaranlara yeni fürsətlər: Bu sahələrdə işçi lazım olacaq  |     11:42 Gürcüstandan avtomobil almaq hələ də sərfəlidirmi? – Açıqlama  |     11:38 Yeni dərs ili ailə büdcəsini nə qədər çətinləşdirəcək?  |     11:31 Sentyabrın 1-dən suya görə ödəniş: cibimizə necə təsir edəcək?  |     11:27 Dövlət məktəblərində avtobus xidməti yaradıla bilər? – AÇIQLAMA  |     11:24 Qlobal bazarlarda NEFT UCUZLAŞIR  |     11:16 Xırdalanda körpə yeddinci mərtəbədən yıxılaraq ölüb  |     23:00 FHN-in əməkdaşları dənizdə batma təhlükəsi ilə üzləşən 1 nəfəri xilas edib  |     22:52 Samuxda 22 yaşlı qadını maşın vurdu  |     22:45 AĞIR QƏZA: ölən və xəsarət alanlar var  |     22:36 Zəngli saat qurmağı unudun!  |     22:28 Bu bürcləri böyük sürpriz gözləyir  |     22:20 Səfirimiz Belqradda diplomatik fəaliyyətə başladı  |    
Left Banner
Right Banner

Novruz Məmmədov parlamentdə ilk hesabatını verir

15.03.2019 11:55 4 439
Novruz Məmmədov parlamentdə ilk hesabatını verir
Bu gün hökumətin (Nazirlər Kabinetinin) parlamentdə növbəti hesabatı dinləniləcək.

Növbəti illik hesabatla hökumət adından baş nazir Novruz Məmmədov çıxış edəcək.

Qeyd edək ki, bu, baş nazir kimi N.Məmmədovun parlament qarşısında ilk hesabatıdır.

Belə ki, 11 aprel 2018-ci il tarixli prezident seçkilərindən cəmi 10 gün sonra - aprel ayının 21-də parlamentin xüsusi iclasında prezident İlham Əliyevin təqdimatı ilə N.Məmmədovun baş nazir vəzifəsinə namizədliyinin təsdiqlənməsi məsələsinə baxılmış və onun namizədliyi millət vəkilləri tərəfindən razılıqla qarşılanaraq təsdiqlənmişdi.

Ölkə prezidentinin həmin gün və 23 aprel tarixli sərəncamları ilə N.Məmmədovun rəhbərliyi altında hökumətin yeni tərkibi formalaşdırılaraq başa çatdırılmışdı.

Qeyd edək ki, yeni hökumət üzvləri arasında bir neçə sabiq millət vəkili də var.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Oxu.Az-a qısa açıqlamasında hökumətin hesabatını və baş nazirin fəaliyyətini müsbət qiymətləndirdiyini bildirib.

O qeyd edib ki, xüsusilə, sosial müdafiə sistemində ötən ilin yekunları ilə bağlı büdcənin bütöv təsnifatını - oradakı bütün məqamları müsbət qiymətləndirir.

Onun sözlərinə görə, eyni zamanda, 2019-cu il üçün büdcə müzakirəsi aparılanda həm komitə, həm də plenar iclasda deputatlar hökumətin bir sıra məsələlərə diqqətini cəlb edib.

“Həmin məsələlərin bəziləri ölkə prezidenti tərəfindən həll olundu. O da sosial müdafiə sahəsi ilə bağlı atılan addımlardır. Bəli, baş nazir Novruz Məmmədov ilk dəfə Milli Məclisdə hesabat verəcək. Novruz Məmmədov baş nazir statusu çərçivəsində addımlar atır, cənab prezidentimizin sosial müdafiə sistemi istiqamətində etdiyi islahatların icrası ilə məşğuldur.

O, icraçı olaraq, ölkə prezidentinin tapşırıqlarını yerinə yetirir. Eyni zamanda, bəzi problemlər də mövcuddur. Hökumət, iş olan yerdə problemlər də var. O problemlərin də aradan qaldırılması üçün vaxtaşırı işlər görülür”, - deyə, H.Rəcəbli sözlərinə əlavə edib.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner