Mojo.az Banner
21:59 Türkiyə-Ermənistan sərhədi açılır? - İrəvandan YENİ AÇIQLAMA  |     21:53 Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib  |     21:45 Marketdə vaxtı keçmiş "NAN" uşaq yeməyi satılır - ŞİKAYƏT  |     21:40 Ajda Pekkan 80 yaşında su idmanına başladı  |     21:34 Ağıllı eynək qalmaqalı böyüyür – Qadınları gizli çəkib internetdə yayırmışlar  |     21:26 Gözlənilməz hadisələr YAŞANACAQ - Diqqət!  |     21:21 Bəzi avtobus marşrutları müsabiqəyə çıxarılır  |     21:13 Pünhanın 2 min nəfərlik toyunda qalmaqal: Müğənni ilə tamada arasında mübahisə  |     21:08 Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi  |     21:01 İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? (VİDEO)  |     20:56 Bankomatda hesabı açıq qoydu - Başına iş gəldi  |     20:49 Nömrə satışı adı altında 3 600 manatlıq dələduzluq  |     20:44 Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli həyatı (VİDEO)  |     20:36 Formula 1 Bakının iqtisadiyyatına nə qədər təsir edir?  |     20:31 Bakıda mənzillər sürətlə bahalaşır: Son vəziyyət (VİDEO)  |     20:18 Üzümün faydaları: Kimlər onu böyük porsiyalarla yeməməlidir?  |     20:10 Gələn il orta illik inflyasiya nə qədər olacaq?  |     20:03 Telefonla danışmayın, ağacların altında dayanmayın! - Nazirlikdən xəbərdarlıq  |     19:56 Azərbaycanda Dövlət Qulluğu Məcəlləsi hazırlanıb  |     19:51 Mal əti bahalaşdı - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Birinci vitse-prezidentdən evi talanan görmə əngəlli vətəndaşa qayğı

14.03.2019 21:00 2 241
Birinci vitse-prezidentdən evi talanan görmə əngəlli vətəndaşa qayğı
Xəbər verdiyimiz kimi, bir-iki həftə öncə Bakının "İçərişəhər" və "28 May" metro stansiyalarının qarşısında toxuduğu gülləri satmaqla pul qazanan, ərazi sakinlərinin yaxından tanıdıqları Elçin Abbasovun kirayə qaldığı mənzili talanıb. Evinin talanması nəticəsində E.Abbasova, təxminən 1530 manat məbləğində zərər dəyib.

Dəymiş ziyanın ödənilməsi üçün dəfələrlə polisə müraciət edən E.Abbasov açıqlamasında bu cəhdlərin cavabsız qaldığını söyləyib: “Evi talayan, pulu oğurlayan həmin şəxs tapılmayıb. Deyilənə görə, araşdırma davam edir. Polis müxtəlif bəhanələr gətirir. Məni sələmçilikdə ittiham edirlər. Deyirlər ki, evimdə axtarış zamanı müxtəlif sənədlər aşkarlanıb”.

“Mən isə bildirirəm ki, kiməsə borc verdiyim üçün onların sənədlərini alıb saxlamışam. Amma vəsiqəsi məndə olan şəxsdən şikayətçi deyiləm. O şəxs artıq vəsiqəsini götürüb. Oğru olduğunu düşündüyüm şəxs başqasıdır. O, hər dəfə məndən borc istəyirdi. Pulumun olmadığını desəm də, evdə oldum-olmadım, qapımı döyürdü. Görüb ki, evdə deyiləm, girib pulu götürüb” – deyə həmsöhbətimiz əlavə edib.

Həmçinin bildirib ki, 155 manat pensiya alır: “Onun da 100 manatını kirayəyə verirəm. Belə olan halda, mən necə sələmçiliklə məşğul ola bilərəm? Sələmçiliklə məşğul olsam, gedib dilənərəm. Axı mən bunu etmirəm, əziyyətlə, alın tərimlə pul qazanıram”.

E.Abbasov deyib ki, haqqında səsləndirilən bu fikirlərdən sonra ona kömək etmək istəyənlərin sayı azalıb: “Evim talanandan sonra yaxınlaşaraq, zəng edərək kömək etmək istəyənlər, hətta bank hesabı açmağı təklif edənlər də oldu. Lakin sələmçi olduğum deyildikdən sonra gələn zənglər susdu”.

Həmsöhbətimiz onu da vurğulayıb ki, Heydər Əliyev Fondu tərəfindən ona vəsait ödənilib: “Martın 8-də Heydər Əliyev Fondundan zəng edildi. Bir şəxs yaxınlaşaraq Mehriban xanım tərəfindən mənə vəsait göndərildiyini söylədi. Buna görə Mehriban xanıma çox təşəkkür edirəm”.

E.Abbasov ailə həyatı qurması ilə bağlı deyilənlərə də aydınlıq gətirib: “Bir xanım mənimlə ailə həyatı qurmaq üçün telekanala müraciət etmişdi. Rayondan gəlmiş həmin xanımın hər iki ayağı yoxdur. Mən öz vəziyyətimə görə onunla ailə həyatı qura bilmərəm. Ola bilər ki, mən ona qayğı göstərməli olum. Belə olan halda o, artıq mənə dayaq ola bilməyəcək. Həmin xanımın insanlığına böyük hörmətim var”.

“Fiziki məhdudiyyəti olmayan xanımlar da var ki, mənimlə ailə həyatı qurmaq istəyir. Hətta ailə həyatı qurmaq üçün xaricdən gələnlər də var. Fiziki məhdudiyyəti olmayan qadınla da ailə quraram, yetər ki, vicdanı olsun. Normal düşüncə sahibi olan bir xanımla ailə həyatı quraram”.//sputnik.azскачать dle 11.3
Mojo.az Banner