Mojo.az Banner
18:43 "Valideyn uşağa “kukla” kimi yanaşmamalıdır" - Məleykə Abbaszadə  |     18:35 Məşhur prodüser dünyasını dəyişdi  |     18:17 "Space" televiziyasında YENİ TƏYİNAT  |     18:08 Su yoxa çıxır: Yer kürəsində sürətlə səhraya çevrilən 9 yer açıqlandı  |     17:52 Türkiyədə sursat anbarında partlayış: ölənlər var  |     17:48 "Kəpəz" yeni baş məşqçisini açıqladı  |     17:20 Çexiya prezidenti ölkə hökumətinə qarşı məhkəmə iddiası qaldırdı  |     16:55 Yağıntılı hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ: Neçə gün davam edəcək?  |     16:25 Anar Ələkbərov Polad Bülbüloğlu ilə Şuşada Bülbülün ev-muzeyindən paylaşım etdi - FOTO  |     16:17 Bəzi iqtisadi cinayətlər törədənlər üçün YENİ GÜZƏŞT  |     16:13 Azərbaycanda 7000 manat məbləğdə YENİ CƏRİMƏ müəyyənləşir  |     16:11 Bakıda 71 yaşlı kişi ağacdan yıxılıb öldü  |     16:05 DÇ-2026-da növbəti mərhələ şansını itirən daha bir komanda bəlli oldu  |     16:02 "Aylarla hazırlaşdım, qeydiyyatdan keçə bilmədim" – DİM ətrafında narazılıq artır  |     15:46 Bakı Şəhər Heyvanat Parkı ləğv edilərək yeni quruma birləşdirilir  |     14:20 Narkotik vasitənin təsir altında avtomobil idarə edən şəxs ifşa olundu  |     12:41 Keçmiş icra başçısına yeni vəzifə verildi - FOTO  |     12:36 Kişi yemək hazırlamayan arvadına telefonla vuraraq xəsarət yetirdi  |     12:21 Azərbaycan neftinin qiyməti 80 dollara düşüb  |     12:02 26 yaşlı Yevlax sakininin meyiti kanalda tapıldı  |    
Left Banner
Right Banner

Polis gücləndirilmiş iş rejiminə keçir

14.03.2019 19:50 1 855
Polis gücləndirilmiş iş rejiminə keçir
Novruz bayramı günlərində daxili işlər orqanlarının əməkdaşları gücləndirilmiş iş rejimində işləyəcək. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov Novruz bayramı günlərində əhalinin kütləvi istirahət yerlərində və digər ərazilərdə asayişi mühafizə tədbirlərinin və hüquq qaydasına nəzarətin gücləndirilməsi məqsədi ilə müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Novruz bayramı şənlikləri və digər kütləvi tədbirlər zamanı ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunmasının, xidməti vəzifələrin icrasının yüksək səviyyədə və daha mütəşəkkil təmin edilməsi məqsədilə DİN-in bütün orqan və hissələrinin şəxsi heyəti martın 20-dən 27-dək gücləndirilmiş iş rejimində işləyəcək.

Bayram günlərində ictimai yerlərdə və küçələrdə xoşagəlməz hadisələrin qarşısını almaq və hüquq qaydasına nəzarəti gücləndirmək məqsədilə post-patrul xidməti naryadlarının sayı artırılacaq, həyat təminatlı mühüm əhəmiyyətli obyektlərin, o cümlədən xarici ölkələrin diplomatik nümayəndəliklərinin mühafizəsi ciddi nəzarətdə saxlanacaq.//sputnik.azскачать dle 11.3
Mojo.az Banner