Mojo.az Banner
23:00 Yeməkdən sonra piyada gəzmək mütləqdir?  |     22:53 Bu 3 bürc üçün uğurlu dövr başlayır – Xoş xəbərlər gələcək  |     22:48 Azərbaycanda qadınlar kişiləri bu statistikada üstələyirlər  |     22:40 Taksi sürücüsünə qaz xətti çəkdirmək istədi, dələduzluğun qurbanı oldu  |     22:35 Qəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı  |     22:28 İdmançı şou zamanı rinqdə 75 yaşlı hakimin ölümünə səbəb oldu  |     22:22 Oktyabrda belə dənizdə üzmək mümkün olan Avropa ölkəsi  |     22:15 Çuğundur şirəsi məşqi daha effektiv edə bilər: Onu nə vaxt içmək yaxşıdır?  |     22:09 Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR  |     22:01 Xalq şairinin adından saxta səhifə ilə uyğunsuz qruplara dəvətlər edilir  |     21:56 Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müşahidə olunur  |     21:50 Abşeronda 23 motoxuliqan saxlanıldı - VİDEO  |     21:42 Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək? (VİDEO)  |     21:37 Cənubi Koreya Kiyevdəki səfirini geri çağırır  |     21:30 Sumqayıtda ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı  |     21:24 Ermənistanda hərbi xidmətə çağırış yaşı artırıldı  |     21:15 Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - VİDEO  |     21:10 Bakıda bir manat 3 il həbsə səbəb oldu  |     21:03 100 milyon təklif olundu, qəbul etmədi  |     20:48 Bu gün yaralanan çobanın atası da minaya düşdü - YENİLƏNİB  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda hadisə: Maskalı şəxs gecə evə başqın edib, 16 yaşlı qızı qaçırdı

06.03.2019 16:23 2 407
Azərbaycanda hadisə: Maskalı şəxs gecə evə başqın edib, 16 yaşlı qızı qaçırdı
Azərbaycanda adam oğurluğu faktı qeydə alınıb.

Median.Az
trend-ə istinadən xəbər verir ki, hadisə İmişli rayon Əliqulular kəndində baş verib. Belə ki, gecə saat 04 radələrində kənddəki evlərdən birinə basqın edən 4 nəfər maskalı şəxs rayon sakini 2002-ci il təvəllüdlü Məmmədli Fədayə Sadiq qızını oğurlayıblar.

Oğurlanan qızın atası Sadiq Məmmədov Trend-ə bildirib ki, o hadisə vaxtı mal bazarında olub və cinayətkarlar həmin vaxt evə basqın ediblər:

"Mart ayının 4-dən 5-nə keçən gecə 4 nəfər şəxs Əliqulular kəndində olan evimə basqın ediblər. Evdə həmin vaxt qızımla birlikdə anası, nənəsi və xalası olublar. Onlar birinci həyətə daxil olaraq iti öldürüblər, daha sonra isə evə giriblər. Bu zaman səsə oyanan anamı ağzından tutaraq boğmaq istəyiblər. Digər qadınları isə döyüblər. Məhz bundan sonra qızımı qaçırda biliblər. Anam isə hazırda xəstəxanadadır”.

S.Məmmədov deyib ki, qızını oğurlayan şəxsləri tanıyır və onlar daha əvvəl F.Məmmədli üçün elçiliyə gəliblər:

"Hadisə baş verən günü evə basqın edən şəxslərdən birini anam tanıyıb. Onlar kəndimizdən yaşayan şəxslərdir. Bir müddət əvvəl bizimlə eyni kənddən olan Balakişiyev Əhməd oğlu Elməddin üçün qızımı istəməyə gəlmişdi, ancaq mən qızımı onlara vermədim. Daha sonra isə Fədayəni öz qohumumun oğluna nışanladım. Hazırda Fədayənin nişanlısı hərbi xidmətdədir”.

Zərərçəkən əlavə edib ki, qızın qaçırılması ilə bağlı rayon prokurorluğuna və polis şöbəsinə məlumat verilib.

Hadisə ilə bağlı İmişli Rayon Polis Şöbəsi araşdırma aparır.скачать dle 11.3
Mojo.az Banner