Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

İsrail telekanalı Xocalı həqiqətlərini göstərdi - VİDEO

05.03.2019 12:17 3 860
İsrail telekanalı Xocalı həqiqətlərini göstərdi - VİDEO
İsrailin “20-ci telekanalı” Azərbaycan haqqında geniş reportaj hazırlayıb. Reportajda ölkəmizin bir sıra üstünlükləri barədə məlumat verilib.

Süjetdə Azərbaycanın Gürcüstan, Ermənistan, Rusiya və İranla qonşu olduğu, paytaxtının isə dünyada “Qafqazın Dubayı” kimi tanındığı qeyd olunur.

İsrail jurnalistləri Azərbaycanın müsəlman ölkəsi olmasına rəğmən, İsraillə çox yaxşı münasibətlərinin olmasına diqqət çəkir.

Süjetdə Azərbaycanın demokratik, dünyəvi bir dövlət olduğu vurğulanır.

İsrailli jurnalistlər Azərbaycanda böyük yəhudi icmasının olduğunu və azərbaycanlılarla mehriban şəkildə “çiyin-çiyinə” yaşadığını qeyd edirlər.

“Yəhudilər bizim qardaşlarımızdır, dostlarımızdır”, - burada bu sözləri tez-tez eşitmək olar”, - deyə süjetdə bildirilir.

Süjetdə Azərbaycan torpaqlarının qonşu Ermənistanın təcavüzünə məruz qaldığı və minlərlə insanın doğma məskənlərini tərk etməyə məcbur qaldığı vurğulanır.

Materialda Qarabağda ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər, həmçinin, Xocalı soyqırımı xatırlanır, bir gecə ərzində yüzlərlə insanın xüsusi amansızlıqla qətlə yetirildiyi qeyd olunur.

Çəkiliş qrupu Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı Bakıda keçirilən anım tədbirlərini də işıqlandırıb.

Faciə qurbanlarının xatirəsini yad etmək məqsədilə Azadlıq meydanında “Ana fəryadı” heykəlinə qədər keçirilən anım yürüşü göstərilib.

“Anım mərasimində Azərbaycan prezidenti, həmçinin, müsəlman və yəhudi icmalarının başçıları iştirak edib”, - deyə materialda qeyd olunur.

Süjetdə həmçinin Azərbaycan Prezident Administrasiyasının xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev, faciədə sağ qalan sakinlərdən götürülmüş müsahibələr yer alır.

“Azərbaycanla İsrailin yaxşı münasibətləri var. Bizim münasibətlər tərəfdaşlıq səviyyəsindədir, qarşılıqlı səfərlər, o cümlədən, rəsmi səfərlər həyata keçirilir. İsrail baş naziri Azərbaycanda olub. İsrailin Azərbaycandakı səfirliyi uzun müddətdir fəaliyyət göstərir. Bizim səfirliyin də İsraildə açılmasını çox istərdik”, - deyə Hacıyev bildirib.

Hikmət Hacıyev Azərbaycan-İran münasibətlərindən də söz açıb.

“Həm İsrail, həm də İran Azərbaycan üçün dost ölkələrdir. Dostlarımızın öz aralarında da dostlaşmasını arzulayırıq. Bunu hər zaman demişik. Azərbaycanın xarici siyasəti İranla yaxşı münasibətlərin qorunub-saxlanılmasına yönəlib, çünki İran bizim üçün vacib bir ölkədir. Azərbaycan İsraillə də yaxşı əlaqələr qurur.

Biz öz yəhudi dostlarımızı Azərbaycanda görməyə hər zaman şadıq. Bizdə hər zaman yaxşı hava olur, gözəl mətbəximiz var.

Bizdə olmayan bircə koşer mətbəxidir. Ancaq İsrailli biznesmenlər Azərbaycana gəlib, burada koşer yeməklərinin verdiyi restoranlar açsalar, bu, ölkəyə İsraildən turist axınına təkan verə bilər”, - deyə Hacıyev fikrini tamamlayıb.


Son xəbərlər