Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Od çərşənbəniz mübarək!

05.03.2019 11:35 7 118
Od çərşənbəniz mübarək!
Martın 5-də ellərimizə Novruzun daha bir müjdəçisi - Od çərşənbəsi gəlir.

İkinci çərşənbə olan Od çərşənbəsinə bəzi regionlarımızda “Üzgü çərşənbə”, “Üzgü axşamı”, “Addı çərşənbə” də deyilir.

Odun, atəşin qədim türklərin mədəniyyətində xüsusi yeri olub.

Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla, daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.

Günәş istisini arzulayan ulu babalarımız od çәrşәndәsindә sübh tezdәn Günәşә qurban aparardılar. Böyük tonqal qalayıb günәşin çıxmasını gözlәyәr, odun şәrәfinә nәğmәlәr oxuyardılar. Tonqal sönәndәn sonra qızlar vә oğlanlar külü yığıb onu kәndin kәnarına, ya da yola sәpirdilәr. Bu bir növ tonqaldan atılmış adamların azarınn çıxıb getmәsini simvolizә edir.

Qәdim dövrdә tonqalı yetkinlik yaşına çatmamış oğlan uşağı çaxmaq daşı vasitәsilә qalayardı. Belә od müqәddәs sayılardı.

Od çәrşәnbәsinin digәr maraqlı mәrasimlәrindәn biri dә il boyu ailә üzvlәrindәn birini itirmiş evlәrin qarşısında tonqal qalamaqdı.

Od yandırmaqla hәmin ailәnin saxladığı yas mәrasimiqә son qoyulardı. İnsanlara Uraz/Araz (od, atәş) adının verilmәsi, evlәrdә üzәrrik yandırılması, xәbis ruhlardan qorunmaq mәqsәdilә qoyun sürülәrinin yanmaqda olan kolların altından keçirilmәsi, tәndirin müqәddәs sayılması, ondan arzuların gerçәklәşmәsinin istәnilmәsi, yanmaqda olan ocağı söndürmәmәk vә mәzar daşların üzәrindә atәşdanların hәkk edilmәsi vә başqa nümunәlәr dә türklәrin oda olan hörmәt vә ehtiramını göstәrir.

Qәdimdә evlәrdә ocağı sönmәyә qoymurdular. Yalnız kimsә ölmüş olarsa odu çıxarıb xüsusi yerdә saxlayır vә qış vaxtı 5 gündәn sonra, yayda isә bir aydan sonra odu evә qaytarardılar.

Odla bağlı bu günə qədər qalan adət və inanclarımızdan biri qaynar ocağa hörmətdir.Odun üstünə su tökmək, odu murdarlamaq olmaz.

Qədim türklər yasa batanda başlarına kül ələyərdilər. “Kül başına” deyə dilimizdə işlədilən qarğış da bu qədim adətlə bağlıdır. Çərşənbələrdə bəzi obalarımızda 1 deyil,7 tonqal qalamaq adəti də var.

Martın 12-də Yel çərşənbəsi, martın 19-da Torpaq çərşənbəsi qeyd olunacaq.

Bu il Azərbaycana yaz fəsli martın 20-dən 21-nə keçən gecə saat 01:58-də gələcək. Martın 20-si ölkədə bayram axşamı, 21-i isə bayram günü kimi qeyd ediləcək.

Son xəbərlər