Mojo.az Banner
11:57 Qaradağda böyük əməliyyat: Beş nəfər SAXLANILDI - Video  |     11:50 Bakıda DƏHŞƏTLİ HADİSƏ - Azyaşlılar atalarının avtomobili ilə iki qadını vurdular, biri öldü  |     11:36 İki su elektrik stansiyasının tikintisinə 43 milyon manatdan çox pul xərclənəcək  |     11:33 Vyetnamın yeni prezidenti seçildi  |     11:21 İtkin düşən 74 yaşlı kişinin meyiti meşədə tapıldı  |     11:11 Tovuzda 19 yaşlı qız OĞURLANDI - Dörd nəfər SAXLANILDI  |     23:02 “Diesel”in yaradıcısı vəfat etdi  |     22:55 “Crocus”dakı terror aktını törədənlərdən daha biri intihara cəhd etdi  |     22:50 Leysan Nabranda da ciddi fəsadlar yaratdı  |     22:43 Siqaret ixracından gəlirlər 4 dəfə artıb  |     22:38 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirin finalına yüksəldi  |     22:32 Mövsümi meyvələr nə üçün bahadır - SƏBƏB  |     22:22 Tramp İranı bir gecəyə məhv etməklə hədələdi  |     22:16 Ağıl dişinin çəkilməsi hansı təhlükələrə səbəb ola bilər?  |     22:10 Qədim sualtı dünya müasir insanların əcdadları barədə yeni detalları üzə çıxardı  |     22:02 İtaliya A Seriyası: "Yuventus" öz meydanında qələbə qazandı  |     21:53 Ermənistan İqtisadiyyat Nazirliyində atəş açılıb: Yaralanan var  |     21:40 Suçiçəyi ilə bağlı narahatlıq - Səhiyyə Nazirliyindən açıqlama  |     21:36 NATO ölkələri İrana qarşı müharibəyə qoşulacaq? - AÇIQLAMA  |     21:30 Novxanı sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR - Yeni layihə...  |    
Left Banner
Right Banner

Stiven Hokinqin xəstəliyinin sirri açıldı

27.02.2019 23:57 2 408
Stiven Hokinqin xəstəliyinin sirri açıldı
ABŞ-ın Yan və Dana Dunkan adına Neyroloji Tədqiqatlar İnstitutu və Beylor Tibb Kollecinin birgə alim qrupu görkəmli nəzəriyyəçi-fizik Stiven Hokinqin əziyyət çəkdiyi Lu Qeriq xəstəliyinin inkişaf mexanizminin sirrini açıb.

Məlum olub ki, xəstəlik zamanı ubikvilin zülalı lisozun (metabolizm tullantılarının emalı prosesinə cavab verən hüceyrə komponentləri) fəaliyyətini nizamlamağı dayandırır.

Median.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "MedicalXpress"də press-reliz dərc olunub.

Tədqiqatçılar eksperimentlərdə sınaq orqanizmi olaraq ubikvilini kodlaşdıran düzgün gen versiyasından məhrum olan dişi milçəklərdən istifadə edib. Mutant-həşəratlarda yaşla əlaqədar neyroloji pozuntular, o cümlədən, sinir hüceyrələrinin fəaliyyətinin pozulması, onların tələfatı və zədəli lisozların yüksək konsentrasiyası müşahidə olunub.

Məlum olub ki, qüsurlu ubikvilin (zülal kompleksini hüceyrə tullantılarından təmizləyən) proteasomların funksionallığının pozulmasına səbəb olur və autofaqiyaya (hüceyrənin lazımsız və ya funksionallığını itirmiş komponentlərini kənarlaşdıran, təbii tənzimlənən hüceyrə mexanizmi - red.) əngəl törədir.

Autofaqiya zamanı vezikullar (hüceyrə köpükləri) zədəli zülalları udur. Ardınca vezikullar lizosomlarla qarışır və nəticədə, meydana gələn turş mühit tullantıları parçalayan fermentləri işə salır. Ancaq mutant ubikvilin olan yerdə mühit lazımi səviyyədə turşulu olmur.

Alimlər bu mexanizmin insan orqanizmində də keçərli olub-olmadığını yoxlamaq niyyətindədir. Onlar lisozların turşuluq səviyyəsini bərpa etməklə yan amiotrofik sklerozun inkişafını ləngitmək niyyətindədir.

Yan amiotrofik skleroz (YAS, ing. ALS) və ya Şarko xəstəliyi və ya Lou Gehriq xəstəliyi - nevroloji xəstəlik olub, inkişaf edərək icraetmə funksiyasının pozulmasına, sosial dezadaptasiyaya və sonda ölümə gətirib çıxarır. Ön buynuzlarda və beyin kötüyündə yerləşən aşağı motoneyron, presentral qırışda yerləşən yuxarı motoneyron, kortikospinal yolların və əksərən prefrontal motoneyronların zədələnməsi nəticəsində yaranır.скачать dle 11.3
Mojo.az Banner