Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Həftəsonu bu bürclərə sevgi gətirəcək | 22:56 Yer kürəsinin yeni “mini peyki” kəşf edildi | 22:51 Qış mövsümünün ən dəbli şalvar modelləri açıqlandı - YENİ TREND | 22:43 İnfarktın çoxlarının bilmədiyi əlaməti açıqlandı | 22:35 Dekabrdan bu 4 BÜRCÜN HƏYATI DƏYİŞİR | 22:30 Qaxda 30 ağac kəsildi, təbiətə 10 min ziyan dəydi - İki nəfər məsuliyyətə cəlb olundu | 22:22 Leyla Əliyeva Antalyada biomüxtəlifliyinin qorunması və ekosistemlərin bərpasını müzakirə edib | 22:17 İpoteka üçün müraciət edənlərin sayı açıqlandı | 22:10 Yolu piyada keçidindən keçmədi, həyatından oldu - VİDEO | 22:03 Sumqayıtda yol çökdü - Foto | 21:55 Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və "Lvbel C5"ə 5 il həbs cəzası istənilir | 21:50 Kirayəçi evi boşaltmaqdan imtina edərsə, ev sahibi onu dərhal çıxara bilərmi? (ŞƏRH) | 21:44 84 təşkilatda yoxlama: Dövlət büdcəsinə 107 milyon manat qaytarıldı | 21:43 İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini işdən çıxarıldı | 21:39 Bakıda tələbələri şantaj edən şəxs saxlanıldı - KMBİ görüntüləri yaydı (VİDEO) | 21:38 Şirkətlərin gömrük kartlarından 247 minlik mənimsəmə - Vəzifəli şəxsə 6 il həbs cəzası verildi | 21:32 Gündə cəmi 7 min addım demensiya riskini azaldır - Mütəxəssisdən tövsiyə | 21:24 Vaxtı keçmiş mal satan mağazalar 6 min manat cərimələnəcək | 21:19 Saç düzümü insanın xarakterini göstərə bilər - Maraqlı məqamlar | 21:13 Premyer Liqanın ən yaxşı futbolçusu seçildi |
Mojo.az Avto
Mojo.az Avto

Bərdəli Ramil Ziyadov evini-eşiyini satdı, velosipedə minib ölkəni tərk etdi - 5 ildə 32 ölkəni gəzib... - FOTO

23.02.2019 18:53 5 229
Bərdəli Ramil Ziyadov evini-eşiyini satdı, velosipedə minib ölkəni tərk etdi - 5 ildə 32 ölkəni gəzib... - FOTO
Türkiyə və Azərbaycan bayraqlarını velosipedinə taxaraq yola çıxan azərbaycanlı səyyah Ramil Ziyadov 5 ildən çoxdur ki "səhra küləyi" adını verdiyi velosipedilə dünyanı dolaşır.

Median.Az
Virtualaz.org-a istinadən xəbər verir ki, Türkiyə mətbuatında səyyahla müsahibə dərc olunub, səfər etdiyi ölkələr, qarşılaşdığı maraqlı hadisələr, günlük xərci, səyahətin çətin və asan tərəfləri haqqında danışılıb.

R. Ziyadov 1978-ci ildə Bərdə şəhərində doğulub. Yaşadığı rayonda təsərrüfatla məşğul olan Ziyadov 2014-cü ildə bütün var-dövlətini - evini, torpaq sahəsini sataraq velosiped və səyahət üçün vacib olan əşyalar alıb, 10 yaşından bəri arzuladığı dünya turunu gerçəkləşdirmək məqsədilə səyahətə çıxıb. Həmin vaxtdan bu yana velosipedinə taxdığı Azərbaycan və Türkiyə bayraqları ilə dünyanı dolaşır. Hələ də səyahətinə davam edən Ziyadov 5 il ərzində 60 min kilometr qət edərək 32 ölkəni dolaşıb.

Azərbaycandan yola çıxan səyyah ilk öncə öz yaşadığı bölgənin tarixini öyrənmək üçün Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanı gəzib, daha sonra isə Avropa və Cənubi Amerikaya istiqamət alıb. İspaniyadan Misirə, Perudan Ekvatora qədər bir çox ölkələri dolaşan Ziyadov getdiyi yerlərdə kiçik işlərdə çalışaraq günlük xərcini çıxarır. Gün ərzində təxminən 4 dollarla dolanan səyyah Azərbaycan və türk mədəniyyətini, tarixini və mətbəxini təbliğ edir.


Türkiyəyə səyahət zamanı Ankaraya gələn səyahətçi Kolumbiyada pide, çörək bişirdiyini deyib: "Getdiyim ölkələrdə mədəniyyətimizi və mətbəximizi insanlarla paylaşıram. Kolumbiyada pide, çörək bişirdim. Mövlananın bir sözü var, "hər şeyimi itirdim, özümü tapdım". Mən də hər şeyimi satdım, amma rahatlıq tapdım. Bir də belə seçim qarşısında qalsam, yenə bunu seçərəm".

Azərbaycanlı səyyah səfəri əsnasında ən çox təsirləndiyi bölgənin Rusiyadakı Baykal gölü və Sibir olduğunu söyləyib: "Baykal gölü mənim üçün rahatlıq tapdığım yerdir. Orada başqa bir dünyaya girdiyimi hiss edirəm. Fərqli bir atmosfer var. Hər kəsin bir dəfə getməsini məsləhət görərdim".

Səyyah Sibirdə təxminən iki aya qədər çadırda qaldığını deyərək orada macəra yaşadığını, çadırına ayı gəldiyini deyib: "Bir də baxdım ki çadırı iyləyir. Çadırdan çıxdım və ayını qovmaq üçün əlimdəki səs bombasını atdım. Sabah bayıra çıxdığımda ayının ayaq izlərini gördüm. Mənim üçün bu çox maraqlı bir an idi".

Velosipediylə Cənub Amerika ölkəsi olan Kolumbiyanı gəzdiyini və çox bəyəndiyini söyləyən Ziyadov bu ölkədə insanlardan çox yaxşılıq, xeyirxahlıq gördüyünü dilə gətirib. "Oranı öz ölkəm kimi sevirəm. Kolumbiyada məni yolda görənlər bir tikə çörəyini belə mənimlə paylaşıblar".


Azərbaycanlı səyyah Venesuela, Ekvador və Peruda da olduğunu bildirib. Onun sözlərinə görə, Peruda Cənubi Amerikanın 5 min 59 metr yüksəkliyindəki ən uzun keçidi - Abra Huayraccasa keçidindən keçən ilk türk olub. Ekvadorda yaşadığı bir xatirədən da bəhs edən Ziyadov orada türk bayrağını tanıdıqlarını söyləyib: "Ekvadorda bir kənddən keçərkən məktəbdən çıxan bir qrup uşaq velosipedimdəki türk bayrağını görüncə arxamdan"Turco, Turco "deyə qışqırmağa başladılar. O qədər qürur duydum və duyğulandım ki, ağlamağa başladım. Daha sonra velosipeddən endim və ən yaxındakı marketdən uşaqlara şirniyyat aldım. Onlarla söhbət etdim. Mənim üçün heç unutmayacağın xatirələrdən biri bu oldu".

Ziyadov qeyd edir ki, o, Şimali Afrika ölkələrindən yalnız Misirə gedib. Digər ölkələrə getməməsinə səbəb isə 2015-ci ildə xoşagəlməz hadisənin baş verməsidir: "Misir piramidalarının qarşısında türk bayrağını qoyaraq fotoşəkil çəkdirdim. Foto çəkildikdən sonra bir cip arxadan məni izləməyə başladı. Buradakı xoşagəlməz hadisədən sonra Afrikaya getməməyə qərar verdim", - deyə bildirib.

Bərdəli səyyah bu gün insanların təbiəti, yağışı və torpağın qoxusunu unutduqlarını deyir: "Mən bu səyahətdə sadaladıqlarımı tapdım. Səyahətimi nə vaxt bitirəcəyəm bilmirəm. Yaşayıram, bu, həyat tərzim, həyatımın ayrılmaz bir parçasıdır", - deyə vurğulayıb.

Türkiyədən sonra pasportla bağlı bəzi sənədləşmələri həll etmək üçün bir müddətlik ölkəsinə dönəcəyini söyləyən Ziyadov Azərbaycandan qayıtdıqdan sonra İrana, oradan da Pakistan və Hindistana getmək niyyətindədir.

Son xəbərlər