Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:28 Bakıda ağac maşının üzərinə aşdı | 13:27 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib | 13:27 Bakıdan Cəbrayıla gedən avtomobil aşdı: Ziyarətə gedən qadın öldü | 13:08 Sabah bəzi yollar buz bağlaya bilər | 13:03 Kirayə avtomobillərlə səfər edənlərə DYP-dən xəbərdarlıq | 13:02 İlham Əliyev Norodom Sihamonini təbrik edib | 12:35 Antalyada COP31 başlayıb | 12:10 Azərbaycan Türkiyədən nə qədər mal alıb? - Rəqəmlər | 12:08 Rusiyada kişi yanğınsöndürənləri çağırıb onların maşınını qaçırdı | 11:59 Bakıda kanalizasiya xəttinə görə iki küçənin sakinləri arasında mübahisə düşdü - Video | 11:42 Ağdaşda 17 yaşlı yeniyetmə 36 yaşlı kişini bıçaqlayıb | 11:41 Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı | 11:19 Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb | 11:13 Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib - Foto | 11:09 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 11:07 Alyona Əliyeva BIAF 2026 Festivalından paylaşım edib - Foto | 11:03 İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Bayrağı Günü ilə bağlı videoçarx paylaşılıb | 23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü |
Mojo.az Avto
Mojo.az Avto

Sabirabad rayonunda oğurluğa görə 6 nəfər saxlanılıb

19.02.2019 11:24 4 778
Sabirabad rayonunda oğurluğa görə 6 nəfər saxlanılıb
Median.Az xəbər verir ki, Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat axtarış-tədbirləri nəticəsində 1 mağazadan və 2 həyətdən su mühərrikləri oğurlayan rayon sakinləri V.Hacıyev və A.Ələkbərov saxlanılıblar.

Bundan başqa, Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən ötən il dekabrın 24-də rayon sakini olan qadının çantasından 200 manat, qızıl üzük və mobil telefon oğurlayan şəhər sakini olan yeniyetmə saxlanılıb.

Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən yanvarın 19-da evlərin birindən 300 manat və 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan rayon sakini M.Nəsirov saxlanılıb.

Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 15-də kəndin otlaq sahəsindən 2 baş inəyi oğurlayan rayon sakinləri S.Rzayev və A.Eyvazov saxlanılıblar. Araşdırma zamanı onların, həmin gün həmkəndliləri A.Qurbanovun 2 baş inəyini oğurlamaları da məlum olub.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.

Son xəbərlər