Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Bakıda işə getmək adı ilə evdən çıxan 51 yaşlı kişi itkin düşdü

18.02.2019 21:15 2 081
Bakıda işə getmək adı ilə evdən çıxan 51 yaşlı kişi itkin düşdü
Bakıda orta yaşlı kişi itkin düşüb.

Median.Az
Trend-ə istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1979-cu il təvəllüdlü Arzu Əhməd qızı Həsənova polisə müraciət edərək bildirib ki, həyat yoldaşı, 1968-ci il təvəllüdlü Mehman Vaqif oğlu Həsənov fevralın 8-də yaşadığı evdən işə getmək adı ilə çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər