Mojo.az Banner
21:59 Türkiyə-Ermənistan sərhədi açılır? - İrəvandan YENİ AÇIQLAMA  |     21:53 Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib  |     21:45 Marketdə vaxtı keçmiş "NAN" uşaq yeməyi satılır - ŞİKAYƏT  |     21:40 Ajda Pekkan 80 yaşında su idmanına başladı  |     21:34 Ağıllı eynək qalmaqalı böyüyür – Qadınları gizli çəkib internetdə yayırmışlar  |     21:26 Gözlənilməz hadisələr YAŞANACAQ - Diqqət!  |     21:21 Bəzi avtobus marşrutları müsabiqəyə çıxarılır  |     21:13 Pünhanın 2 min nəfərlik toyunda qalmaqal: Müğənni ilə tamada arasında mübahisə  |     21:08 Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi  |     21:01 İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? (VİDEO)  |     20:56 Bankomatda hesabı açıq qoydu - Başına iş gəldi  |     20:49 Nömrə satışı adı altında 3 600 manatlıq dələduzluq  |     20:44 Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli həyatı (VİDEO)  |     20:36 Formula 1 Bakının iqtisadiyyatına nə qədər təsir edir?  |     20:31 Bakıda mənzillər sürətlə bahalaşır: Son vəziyyət (VİDEO)  |     20:18 Üzümün faydaları: Kimlər onu böyük porsiyalarla yeməməlidir?  |     20:10 Gələn il orta illik inflyasiya nə qədər olacaq?  |     20:03 Telefonla danışmayın, ağacların altında dayanmayın! - Nazirlikdən xəbərdarlıq  |     19:56 Azərbaycanda Dövlət Qulluğu Məcəlləsi hazırlanıb  |     19:51 Mal əti bahalaşdı - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Məktəb direktorunu döyən aktyora cinayət işi açıldı - həbs oluna bilər

18.02.2019 13:23 3 445
Məktəb direktorunu döyən aktyora cinayət işi açıldı - həbs oluna bilər
Məktəb direktorunu döyən “Drakon” ləqəbli aktyor Rza Rzayevə cinayət işi açılıb.

Median.Az Musavat.com-a istinadən xəbər verir ki, Nizami rayon Polis İdarəsinin İstintaq şöbəsində aparılan araşdırmadan sonra Rza Rzayevə Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxsin əməli sübuta yetirilərsə, onu üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

İş baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib.

AzEdu.az-ın əldə etdiyi məlumata görə, Rza Rzayevin bacısı oğlu Toğrul İbrahimli barəsində də cinayət işi başlanılıb. Cinayət Məcəlləsinin 221.2.3 maddəsi ilə şübhəli bilinən Toğrul İbrahimli dayısı ilə birgə direktora hücum edib.

Xatırladaq ki, aktyor Rza Rzayevlə 175 saylı orta məktəbin direktoru Tural Mirzəliyev arasında uzun müddətdir davam edən qalmaqal sonradan əlbəyaxa dava ilə nəticələnmişdi.

скачать dle 11.3
Mojo.az Banner