Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Rusiyalı keçmiş deputat köməkçisi Əliyev və Putinin imzasını saxtalaşdırdı

15.02.2019 11:53 4 104
Rusiyalı keçmiş deputat köməkçisi Əliyev və Putinin imzasını saxtalaşdırdı
Rusiyada hüquq-mühafizə orqanları əməkdaşları məmur vəzifələri “satan” Dərbənd şəhər sakinini saxlayıb.

Bu barədə AİF məlumat yayıb.

32 yaşlı Beytulla Cavadovun dələduzluq əməllərində 10-a yaxın insanın zərərçəkdiyi müəyyən edilib. Bu “xidmətlərinə” görə fırıldaqçı zərərçəkənlərin hər birindən azı 15 milyon rubl (380 min manata yaxın – red.) pul alıb.

Məmur postlarının “satışı” ilə Cavadov hələ Dağıstan Milli Məclisinin deputatı Lelya Kərimovanın köməkçisi işlədiyi vaxtdan məşğul olmağa başlayıb. “Müştərilərinə” öz imkanlarını sərgiləmək üçün Azərbaycan və Rusiya prezidentləri adından saxta fəxri fərmanlar, respublikanın yüksək vəzifəli rəsmiləri ilə çəkdirdiyi şəkilləri və adı üzərində yazılmış bahalı saatları göstərib.

Məsələn, təhsil nazirinin müavini vəzifəsi üçün dərbəndli dələduz 4 milyon rubl (təx. 100 min manat – red.) istəyib, rayon başçısının təyinatı üçün 2-3 milyon rubl (50-75 min manat –red.), baş nazir vəzifəsi üçün isə cəmi 5 milyon rubl (təx.130 min manat – red.) pul tələb edib.

Bundan başqa, B.Cavadov bəzi zərərçəkənlərə pul müqabilində dövlət proqramı əsasında evlə təmin olunmalarına vasitəçilik etməyi vəd edib. Əlil uşağı olan valideynlər mənzilin verilməsi prosesini “sürətləndirmək” üçün ona 300 min rubl (təx. 8 min manat –red.) ödəyib.

Cavadov fevralın 11-də saxlanılıb və ona qarşı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 91-ci maddəsinə əsasən, cinayət işi açılıb.

Son xəbərlər