Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Gecə növbəsində işləyənlər təhlükədədir - Alimlərdən yeni araşdırma

14.02.2019 11:33 8 126
Gecə növbəsində işləyənlər təhlükədədir - Alimlərdən yeni araşdırma
Alimlərin hesablamalarına görə, hər bir sağlam insan bir həftə ərzində ümumilikdə 8-16 saat yuxu çatışmazlığı ilə üzləşir. Hətta gecə istirahəti ilə bağlı problem olmadıqda belə, natamam yuxu bir sıra təhlükəli xəstəliklərin meydana gəlməsinə səbəb ola bilər.

Ötən il Honq-Konq Universitetinin tədqiqatçıları dörd ay ərzində 49 könüllünün həyat və fəaliyyəti ilə bağlı müşahidələr aparıb.

Könüllülər həkimlərdən ibarət olub və bəziləri mütəmadi olaraq sutkalıq növbələrə çıxıb. Belə növbələrdə onlar ən yaxşı halda gün ərzində 2-3 saat yata biliblər. Tədqiqatı aparan alimlər daimi yuxu çatışmazlığının insan üçün hansı fəsadlara yol açdığını müəyyənləşdirməyə çalışıb.

Tədqiqat iştirakçılarından, o cümlədən, gecə növbəsinə çıxan həkimlərdən tez-tez müayinə məqsədilə qan nümunələri götürülüb.

Nümunələrin müayinə nəticələri göstərib ki, yuxu çatışmazlığı könüllülərin DNT-lərində turşulu zədələmələrə səbəb olub və hüceyrələrin kimyəvi zədələri “müalicə” etmək bacarığını zəiflədib. Bu isə öz növbəsində ürək-damar xəstəlikləri və şəkərli diabetin inkişafı riskini əhəmiyyətli dərəcədə artırıb.

“RİA Novosti” yuxu çatışmazlığı və ya natamam yuxunun insan orqanizmində yarada biləcəyi fəsadlar haqqında ekspertlərlə söhbət aparıb.

“Rusiyalı alimlər hələ bir neçə il əvvəl yuxu pozuntusunun turşulu stressi gücləndirdiyini və nəticədə, şaperonların, yəni hüceyrələrin müdafiəsini təmin edən zülalın funksiyasını pisləşdirdiyini müəyyən edib.

Çinli alimlərin apardığı tədqiqatda isə DNT-nin zədələnməsinə yola açan turşulu stressin başqa aspektləri araşdırılıb.

Hansı DNT sahəsinin zədələnməsindən asılı olaraq, insanda ciddi xəstəliklər, o cümlədən, karbohidrat mübadiləsinin pozulması (şəkərli diabetin variantları) və ya insanın stressli vəziyyətlərə dözümlülüyünün aşağı düşməsi baş verə bilər”, – deyə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin sinir xəstəlikləri və neyrocərrahiyə kafedrasının dosenti Mixail Poluektov bildirib.

Qeyd edək ki, yetişkin insan üçün gündəlik yuxu norması yeddi saat hesab olunur. Yaşlılarda isə bu göstərici altı saat təşkil edir. Gecə düzgün şəkildə istirahət etməyən, normadan az yatan insanlar gələcəkdə psixiatrın qəbuluna düşmə riski daşıyır.

Son xəbərlər