Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Sumqayıtda sələmçi qadını öldürən şəxs 10 il cəza alıb

11.02.2019 15:01 4 412
Sumqayıtda sələmçi qadını öldürən şəxs 10 il cəza alıb
Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt şəhər sakini Rövşən Məmmədovun CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı yekunlaşıb.

Median.Az xəbər verir ki, ötən il sentyabrın 13-də Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində 66 yaşlı Minayə Həsənlinin üzərində zorakılıq əl
amətləri olan cəsədinin yaşadığı evdə tapılması barədə Sumqayıt ŞPİ və şəhər prokurorluğuna məlumat daxil olub.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 17-də qətli törədən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Rövşən Məmmədov saxlanılıb. Araşdırma zamanı, öldürülən qadının Sumqayıt şəhərində sələmçiliklə məşğul olması məlum olub

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Son xəbərlər