Mojo.az Banner
22:55 Yatarkən bunu edənlər diqqətli olsunlar!  |     22:47 Şəmkirdə TIR minik avtomobili ilə toqquşaraq aşdı  |     22:39 Niyə insanlar sosial şəbəkələrdə öz həyatlarını olduğundan fərqli göstərir?  |     22:31 Azərbaycan futbolunda yayın ən bahalı transferləri – SİYAHI  |     22:23 Tasnim: İran Hörmüz boğazının açılması üçün ABŞ-yə yeddi şərt təqdim edib  |     22:16 "Bu, müharibə olacaq": Putindən TƏCİLİ XƏBƏRDARLIQ  |     22:09 Bu şəxslərə əmək pensiyası xüsusi qaydada təyin olunur – AÇIQLAMA  |     22:01 Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb  |     21:57 İran və Oman Hörmüz boğazında gəmiçilik marşrutu ilə bağlı yekun razılaşma əldə edib  |     21:47 Telefondan çox istifadə edənlərin diqqətinə!  |     21:40 Dünyada yalnız bu üç nəfər pasportsuz gəzə bilir  |     21:32 Bakıda 23 yaşlı oğlan arvadını armaturla döydü - Kobud danışığa görə  |     21:26 Azərbaycanda nadir hadisə: Uşaq ananın qaraciyərindədir  |     21:18 Bakı İqlim Həftəsində 140-dan çox ölkədən 2 700 nümayəndə iştirak etdi  |     21:06 Bu bürclər üçün çətin dövr başlayır  |     20:52 Sinoptikdən anomal isti qış xəbərdarlığı  |     20:43 Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur - VİDEO  |     20:30 İran və Oman arasında razılaşma Körfəz ölkələrinin XİN rəhbərlərinin iştirakı ilə elan olunacaq  |     20:21 Quba-Xınalıq yolu çökdü - VİDEO  |     20:12 Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı məlumatlar şəxsi kabinetlərinə göndərilib  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanlılar nədən şikayət edirlər? - AÇIQLAMA

08.02.2019 14:12 1 291
Azərbaycanlılar nədən şikayət edirlər? - AÇIQLAMA
Keçən il Prezident Administrasiyasına ünvanlanan şikayətlərin təhlili göstərib ki, bunlar, əsasən, biganəliyin, süründürməçiliyin nəticəsidir və vətəndaşların yerlərdə həll olunmalı problemlərinə laqeyd yanaşıldıqda, onlar, təbiidir ki, yuxarı dövlət orqanlarına, o cümlədən, Prezident Administrasiyasına müraciət etməli olurlar.

Bunu Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov rəsmi mətbuatda dərc olunan "Prezident İlham Əliyevin vətəndaş müraciətlərinə münasibəti bütün məmurlara örnəkdir” başlıqlı məqaləsində yazıb.

Şöbə müdiri qeyd edib ki, ümumiyyətlə, 2017-ci illə müqayisədə, 2018-ci ildə şikayətlərin sayı faiz etibarilə azalıb.

Araşdırma göstərib ki, Azərbaycan vətəndaşları hüquq-mühafizə orqanları və məhkəmələr, rayon icra başçıları, bələdiyyələrdən narazıdırlar. Eyni zamanda, müalicə və dərmanlarla təminat, səhiyyə müəssisələrinin və tibbi personalın fəaliyyətindən şikayətlər çoxdur.

Şəhərsalma, çoxmərtəbəli binaların və kommersiya-istehsalat obyektlərinin tikintisi, söküntüsü və kompensasiyaların verilməsi, sığorta, aqrolizinq, yaşayış binalarının təmiri, qaz sayğaclarının quraşdırılması məsələləri üzrə ərizələr üstünlük təşkil edib.

“Bu da həmin məsələlərin vətəndaşlar üçün çox aktual olmasından, bəzi hallarda isə onların əsassız şikayətlər etməsindən, yaxud öz hüquqlarını kifayət qədər dərindən bilməməsindən, hər vasitə ilə özünün haqlı olduğunu sübut etmək istəyindən irəli gəlir.

Şəhər, rayon İHB aparatlarının fəaliyyəti, yerli hakimiyyət orqanlarında vətəndaşların qəbulu və müraciətlərə baxılması, fərdi evlərin tikintisi, kənd təsərrüfatı üçün torpaq sahələrinin ayrılması, subsidiyaların verilməsi, məhsulların emalı, saxlanılması və satışı, meliorasiya və su təsərrüfatı, orta təhsil, diplomların verilməsi və tanınması, bank əməliyyatları, kreditlərin verilməsi, rabitə və informasiya texnologiyaları, sosial yardım və müavinətlər, əmək mübahisələri, işdən çıxarılma, əməkhaqqı, işlə təmin olunma, qaz, istilik, enerji təchizatı, təhlükəsizlik və ictimai asayişin qorunması, qaçqınlarla və məcburi köçkünlərlə bağlı məsələlər üzrə şikayətlərin sayı azalıb”, - deyə S.İsmayılov bildirib.

Açıqlamaya görə, 2018-ci ildə Bakı şəhərinin Xəzər, Sabunçu rayonlarından, Mingəçevir, Naftalan, Ağcabədi, Ağdam, Ağstafa, Ağsu, Astara, Beyləqan, Cəbrayıl, Gədəbəy, İmişli, Kürdəmir, Qobustan, Neftçala, Salyan, Şamaxı, Şəmkir, digər şəhər və rayonlardan şikayətlərin sayı artıb:

“Şəhər, rayon icra hakimiyyətlərinin, İHB nümayəndələrinin və bələdiyyələ­rin fəaliyyətinə dair müraciətlər həmişə böyük əhəmiyyət daşıyır və onların təhlili vətəndaşların öz yerli hakimiyyət orqanları ilə münasibətlərini əks etdirir. Bu mövzuda daha çox şikayət Bakı şəhərinin bəzi rayonlarından, həmçinin, Lənkəran, Mingəçevir, Yevlax, Ağcabədi, Ağdaş, Ağstafa, Beyləqan, Bərdə, Cəbrayıl, Gədəbəy, Xızı, Kəlbəcər, Qazax, Qobustan, Laçın, Lerik, Masallı, Neftçala, Sabirabad, Salyan, Siyəzən, Şabran, Şamaxı, Şəmkir, Tovuz, Yardımlı, Zərdab, digər şəhər və rayonlardan daxil olub”.скачать dle 11.3
Mojo.az Banner