Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Həftəsonu bu bürclərə sevgi gətirəcək | 22:56 Yer kürəsinin yeni “mini peyki” kəşf edildi | 22:51 Qış mövsümünün ən dəbli şalvar modelləri açıqlandı - YENİ TREND | 22:43 İnfarktın çoxlarının bilmədiyi əlaməti açıqlandı | 22:35 Dekabrdan bu 4 BÜRCÜN HƏYATI DƏYİŞİR | 22:30 Qaxda 30 ağac kəsildi, təbiətə 10 min ziyan dəydi - İki nəfər məsuliyyətə cəlb olundu | 22:22 Leyla Əliyeva Antalyada biomüxtəlifliyinin qorunması və ekosistemlərin bərpasını müzakirə edib | 22:17 İpoteka üçün müraciət edənlərin sayı açıqlandı | 22:10 Yolu piyada keçidindən keçmədi, həyatından oldu - VİDEO | 22:03 Sumqayıtda yol çökdü - Foto | 21:55 Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və "Lvbel C5"ə 5 il həbs cəzası istənilir | 21:50 Kirayəçi evi boşaltmaqdan imtina edərsə, ev sahibi onu dərhal çıxara bilərmi? (ŞƏRH) | 21:44 84 təşkilatda yoxlama: Dövlət büdcəsinə 107 milyon manat qaytarıldı | 21:43 İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini işdən çıxarıldı | 21:39 Bakıda tələbələri şantaj edən şəxs saxlanıldı - KMBİ görüntüləri yaydı (VİDEO) | 21:38 Şirkətlərin gömrük kartlarından 247 minlik mənimsəmə - Vəzifəli şəxsə 6 il həbs cəzası verildi | 21:32 Gündə cəmi 7 min addım demensiya riskini azaldır - Mütəxəssisdən tövsiyə | 21:24 Vaxtı keçmiş mal satan mağazalar 6 min manat cərimələnəcək | 21:19 Saç düzümü insanın xarakterini göstərə bilər - Maraqlı məqamlar | 21:13 Premyer Liqanın ən yaxşı futbolçusu seçildi |
Mojo.az Avto
Mojo.az Avto

5G baza stansiyaları üçün ilk prosessor təqdim olundu

02.02.2019 18:06 2 959
5G baza stansiyaları üçün ilk prosessor təqdim olundu
"Huawei" şirkəti məxsusi olaraq beşinci nəsil mobil rabitə şəbəkələrinin (5G) baza stansiyaları üçün hazırlanan "Tiangang" adlı dünyanın ilk prosessorunu nümayiş etdirib.

Median.Az
ICTnews-a istinadən bildirir ki, yeni qurğu bütün dünyada "5G" şəbəkəsinin miqyaslı işə salınmasını sadələşdirməyə imkan verəcək yüksək inteqrasiya olunmuş məhsuldur. Çip əvvəlki nəsil prosessorların göstəricilərini 2,5 dəfə üstələyən yüksək hesablama xüsusiyyətləri ilə xarakterizə olunur.

Məlumata görə, ən yeni alqoritmlərdən və şüanın formalaşdırılması texnologiyasından istifadə etməklə bir belə prosessor 64 kanala nəzarət edə bilir. Bundan başqa, həllin 200 MHs takt tezliyində buraxılış zolağını dəstəkləməsinə görə təkcə mövcud deyil, eyni zamanda gələcək şəbəkələr üçün nəzərdə tutulub.

Bildirilir ki, "Tiangang" aktiv antena sistemlərinin kompleks modernləşdirilməsi imkanını təmin edir. Yeni prosessorun tətbiqi sayəsində baza stansiyalarının ölçüsü 50 faiz kompakt, çəkisi isə 23 faiz yüngül olacaq, eləcə də enerji sərfiyyatı 21 faiz azalacaq.

"Huawei" şirkətinin nümayəndələri qeyd edir ki, "5G" baza stansiyalarının quraşdırılması "4G" stansiyaları ilə müqayisədə iki dəfə sürətlənəcək. Bu isə öz növbəsində bir sıra texniki çətinlikləri aradan qaldırmağa və xərcləri azaltmağa imkan verəcək.

Son xəbərlər