Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda xadimə işlədiyi evi SOYDU

31.01.2019 13:44 2 079
Bakıda xadimə işlədiyi evi SOYDU
Bakıda xadimə işlədiyi evdən oğurluq edən qadın saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhər sakini Natəvan Ağayeva Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsinə müraciət edərək bildirib ki, 2018-ci ilin oktyabr ayında F.X.Xoyski küçəsində Rəvana adlı tanışına qohumunu işə düzəltmək adı ilə 500 manat verib. Amma həmin şəxs pulu əldə edəndən sonra vədinə əməl etməyərək onu dələduzluq yolu ilə aldadıb. Şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində dələduzluq etməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Rəvana Babayeva saxlanılıb. O, izahatında etdiyi cinayəti etiraf edib.

Saxlanılan şəxsin ətrafında keçirilən əlavə tədbirlərlə onun digər cinayətinin də üstü açılıb. Belə ki, araşdırma zamanı R.Babayevanın xadimə kimi işlədiyi Nərimanov rayonu A.Alı küçəsində yerləşən mənzildən 1000 ABŞ dolları və 1 ədəd dəyəri 3000 manat olan xalça oğurladığı da məlum olub. Saxlanılan şəxs oğurladığı xalçanı 1200 manata satıb.

Qeyd edilən faktla bağlı 18-ci Polis Şöbəsində saxlanılan şəxs barəsində toplanan materiallar araşdırılması üçün Nərimanov RPİ-nin İstintaq şöbəsinə göndərilib.

Oğurluq və dələduzluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin "102” Zəng Mərkəzinə, Nərimanov RPİ və ya 18-ci PŞ-nə müraciət edə bilərlər.скачать dle 11.3

Son xəbərlər