Mojo.az Banner
SON DƏQİQƏ
11:30 Toy və banket zamanı gözlənilməz xərcdən necə yayınaq? - Video  |     11:29 "Flydubai"nin kapitanı əlində balta olan ikinci pilotdan necə müdafiə olunduğunu danışıb  |     11:23 Azərbaycanda çıxarışsız evlərin aqibəti necə olacaq? – AÇIQLAMA  |     11:16 Novruz bayramı günü bibisinin oğlunu öldürdü  |     23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu şəxslərə pulsuz mənzillər veriləcək

30.01.2019 11:57 2 007
Bu şəxslərə pulsuz mənzillər veriləcək
Qarabağ müharibəsi əlilləri və şəhid ailələri prezident İlham Əliyevin daim diqqət və qayğısı ilə əhatə olunurlar. Dövlət başçısının ötən gün imzaladığı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair sərəncamı bunu bir daha təsdiq edir. Bu məqsədlə daha 35 milyon manat vəsait ayrılıb ki, bu da ən azı 850 ailənin mənzillə təmin olunması deməkdir.

Median.Az
xezerxeber.az-a istinadən bildirir ki, bu il daha 850 Qarabağ müharibəsi əlilləri və şəhid ailələri mənzillə təmin olunacaqlar. Qeyd edək təkcə ötən il 625 müharibə əlili və şəhid ailəsi mənzillə təmin olunmuşdu ki bu da illər üzrə rekor göstərici idi.

Dövlət başçısının sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına 35 milyon manat ayrılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial təminat şöbəsinin müdiri Babək Hüseynov bildirib ki, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri artıq nazirliyin saytına daxil olaraq növbəliliyi müəyyən edə bilərlər
Qeyd edək ki, 1997-2018-ci illər ərzində Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə 6500-dən çox mənzil verilib.скачать dle 11.3

Son xəbərlər