Mojo.az Banner
Son Xəbərlər
23:50 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq  |     23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |     22:47 Vəkili Nəvainin həbsdəki həyatından danışdı  |     22:40 Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi  |     22:35 Sərnişin qatarlarına 26 dəfə daş atılıb  |     22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Şəhid ailələrinə ev verildi

25.12.2018 12:04 3 734
Şəhid ailələrinə ev verildi
Prezident İlham Əliyevin tapşırığına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin yeni mənzillərlə təminatı işləri davam etdirilir.

Nazirlik tərəfindən Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində şəhid ailələrinə daha 200 mənzil təqdim edilib.

Təqdimat mərasimində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş şəxslərin, bu döyüşlərdə qəhrəmancasına şəhid olmuş Vətən övladlarının ailə üzvlərinin sosial müdafiəsi, o cümlədən onların mənzillə təminatı istiqamətində tədbirlərin gücləndirilməsi də bu sahədə ölkə rəhbərinin müəyyənləşdirdiyi əsas vəzifələrdəndir.

Həmin qayğının növbəti göstəricisi kimi, bu il əlavə olaraq minimum 300 mənzilin alınması üçün müvafiq vəsait ayrılıb və beləliklə, 2018-ci ildə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə nəzərdə tutulduğundan üç dəfədən çox olmaqla, 626 mənzilin verilməsi təmin edilib.

2019-cu ildə isə azı 800 şəhid ailəsinin və Qarabağ müharibəsi əlilinin mənzillə təminatı həyata keçiriləcək. O, prezidentin doğum günündə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 200 mənzilin təqdim edilməsini həmin kateqoriyadan olanlara daha bir qayğı və hədiyyə kimi dəyərləndirib.

Nazir bu sahədə görülən tədbirlərin, ümumən həssas qrupların rifah halının yaxşılaşdırılması üçün bütün istiqamətlərdə aparılan işlərin qarşıdakı dövrdə uğurla davam etdiriləcəyini bildirib.

Yeni mənzillə təmin olunan şəhid ailələri və Qarabağ müharibəsi əlilləri daim onlara xüsusi diqqət və qayğı göstərən prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklərini və xoş arzularını ifadə ediblər.

Sonra mənzillərin püşkatma yolu ilə paylanması həyata keçirilib.
скачать dle 11.3

Son xəbərlər