Mojo.az Banner
SON DƏQİQƏ
18:10 Qazaxıstanda tutulan azərbaycanəsilli ifaçı Navai təcridxanada yeni mahnılar yazmağa başlayıb  |     17:58 Bakıdan Türkmənistana narkotik aparan dənizçi gəmidə ifşa edildi  |     17:50 Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarının fəaliyyətində problemlər müşahidə olunur - Foto  |     17:46 Tələbələrin təqaüdləri artırılacaq?  |     17:22 Məktəblərin yaxınlığında nalayiq ifadələr işlədən şəxslər həbs olundu  |     17:09 Bərdədə sanitar huşsuz vəziyyətdəki pasiyenti döyüb  |     16:34 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     16:28 Prezident Valeh Ələsgərovu təltif etdi  |     15:14 Ramiz Mehdiyevin hansı təltifləri alınacaq? - Siyahı  |     15:05 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  |     14:42 Biləsuvarda dəhşətli qəza: İki ölü, üç yaralı var  |     14:31 Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb  |     14:14 Gənc oğlan binadan yıxılıb öldü  |     14:02 Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq  |     14:01 İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı  |     13:36 Azərbaycan nefti ucuzlaşdı: Son qiymət  |     13:33 Bakıda turistə təbii kürü adı ilə süni məhsul satılıb? - Video  |     12:57 Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı  |     22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

"Oradan donuz qarayarası gəlir" - Bu ölkə Almaniya ilə sərhəddə divar tikməyə başladı

28.01.2019 22:24 1 732
Yanvarın 28-də Danimarka Afrika mənşəli donuz qarayarası virusunun Krallıqda yayılmasının qarşısını almaq məqsədilə Almaniya ilə sərhəd boyu divar tikməyə başlayıb.

Median.az
Axar.az-a istinadən xəbər verir ki, 70 kilometrlik divarın tikintisi cari ilin payızına qədər yekunlaşmalıdır. Ölkənin ətraf mühitin mühafizəsi və ərzaq naziri Yakob Elleman-Yensen jurnalistlərə bildirib ki, bu divar, həmçinin qabanların kütləvi ovlanması infeksiya zəncirini qıracaq və Danimarkada Afrika mənşəli donuz qarayarası virusunun yayılması riskini azaldacaq.

Afrika mənşəli donuz qarayarası virusu insan üçün təhlükəli deyil, amma donuzların bir neçə gün ərzində kütləvi tələfatına səbəb olur. Yerli jurnalistlər xatırladırlar ki, bu virus ilk dəfə 2014-cü ildə Polşada aşkar olunub və onun daşıyıcısı olan qaban qonşu Belarusdan bu ölkənin ərazisinə daxil olub. Ötən ilin sentyabrında Belçikanın Lüksemburq və Fransa ilə sərhədində də virusa yoluxmuş heyvanların tapılması bütün ölkələri profilaktik tədbirlər görməyə məcbur edib və karantin zonasının yaradılması məqsədilə minlərlə qaban və donuz məhv edilib. Almaniyada heyvanların bu virusa yoluxması halları qeydə alınmasa da, Danimarka hökuməti xəstəlikdən qorunmaq üçün müvafiq tədbirlərin görülməsinə qərar verib.

Danimarka Avropada donuz ətinin əsas ixracatçılarından biridir. Hər il bu ölkənin 5 min fermasında 28 milyon donuz yetişdirilir. 2016-cı ilin statistik məlumatına görə, donuz əti Danimarka ixracatının 5 faizini (ildə 4 milyard avro) təşkil edir.скачать dle 11.3

Son xəbərlər