Mojo.az Banner
23:02 45 yaşlı aktyor evində ölü tapıldı  |     22:51 "Qızıl top" mükafatı qaydalarında dəyişiklik olunacaq  |     22:46 Azərbaycana düyü idxalı azalıb  |     22:40 Dənizin ortasında susuzluqdan öldülər  |     22:34 İran hərbi çağırış yaşını 12-yə endirdi  |     22:27 Salah A Seriyasına qayıda bilər  |     22:20 Abbas Əraqçi humanitar yardımlara görə Azərbaycan dilində ölkəmizə təşəkkür etdi  |     22:15 "Bu sözüm sənətçilərin xətrinə dəyir" - Zamiq Hüseynov  |     22:06 İranda su anbarı atəşə tutuldu  |     22:01 Mingəçevir su anbarında itkin düşən 5 nəfər tapıldı  |     21:56 Kəlbəcərdə yük avtomobili dərəyə aşdı: Ölənlər var - ADLAR  |     21:48 İran Əbu-Dabidə zavoda zərbələr endirdi: Yaralılar var  |     21:42 Azərbaycandan Rusiyaya ixrac artıb  |     21:37 106 nömrəli marşrut xəttində gecikmələr baş verir? - AÇIQLAMA  |     21:31 Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanıldı  |     21:24 "Dünyada dəyişikliklər fonunda qarğıdalı yeyirik"  |     21:19 Vərəm xəstəliyinə niyə kişilər daha çox yoluxur?  |     21:08 Bakıda "Xruşovka"lar yeni investisiya aləti kimi istifadə edilir? - Video  |     21:00 Hakan Fidan Pakistana səfər edəcək  |     20:54 Novruzdan sonra əl yandıran qiymətlər: Çərəzlər ucuzlaşmadı - VİDEO  |    
Left Banner
Right Banner

Sinoptiklərdən hava xəbərdarlığı

26.01.2019 16:15 3 761
Sinoptiklərdən hava xəbərdarlığı
Yanvarın 27-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6° isti, gündüz 8-12° isti, Bakıda gecə 4-6° isti, gündüz 10-12° isti təşkil edəcək.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 757 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Rayonlarda əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-10° isti təşkil edəcək.

Sinoptiklər xəbərdarlıq edir ki, yanvarın 27-də Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin 15-18 m/s, arabir 20-25 m/s, 28-i günün ikinci yarısından 29-u axşamadək isə şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Eləcə də yanvarın 27-29-da qərb küləyinin bəzi rayonlarda arabir 9-14 m/s, bəzi Kür vadisi rayonlarında arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. Yanvarın 28-i gündüz, 29-da bəzi rayonlarda arabir yağıntılı olacağı, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi gözlənilir.скачать dle 11.3
Mojo.az Banner