Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:55 Tanınmış jurnalistə yeni vəzifə verildi  |     13:47 Uşaqlar niyə aqressivləşir? – Pediatrdan valideynlərə xəbərdarlıq  |     13:36 Ermənistan ərazisinə keçən çoban Azərbaycana qaytarılıb  |     13:35 Azərbaycan ən çox hansı məhsulları xaricdən alır? – ARAŞDIRMA  |     13:27 Cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokol təsdiqlənib  |     13:14 İlham Əliyev Özbəkistanla iki sənədi təsdiqlədi  |     13:12 Prezident tikinti ilə bağlı komissiya yaratdı, Şahin Mustafayevə yeni vəzifə verdi  |     12:56 Bakıda keçirilən beynəlxalq forumun yekununda mühüm sənəd qəbul ediləcək  |     12:49 Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi  |     12:40 Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - Foto  |     12:25 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib - Foto  |     12:13 Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - Tarif Şurasından açıqlama  |     11:59 İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi  |     11:57 Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır  |     11:55 Kimlərin pensiyalarına əlavələr ediləcək və məbləğ nə qədər olacaq?  |     11:35 Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib - Davadan yeni görüntülər (Video)  |     11:30 Payızda yuxusuzluğun əsas səbəbləri açıqlandı  |     11:28 Şahbuzda ayılar yol kənarında görüntüləndi – Video  |     11:26 Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video  |     11:22 "Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi: Səbəb  |    
Mojo.az Avto
Mojo.az Avto

Malayziya kralı uğrunda taxtdan imtina etdiyi “Miss Moskva” ilə boşanmır

25.01.2019 13:11 2 365
Malayziya kralı uğrunda taxtdan imtina etdiyi “Miss Moskva” ilə boşanmır
“Miss Moskva-2015” tituluna sahib Oksana Voyevodinanın mətbuat katibi onun uğrunda taxtdan imtina etmiş Malayziya kralı ilə boşanmaları haqqında KİV-də yayılan məlumatı təkzib edib.

Median.Az
xəbər verir ki, bu barədə “Moskva” agentliyi məlumat yayıb.

Mariya Şaxovanın bildirdiyinə görə, 25 yaşlı rus gözəlin 49 yaşlı Tuanku V Sultan Məhəmmədlə boşanması xəbəri heç kim tərəfindən yoxlanılmayıb.

“Hamı “Telegram” kanalına istinad edir və orada bu boşanma xəbəri “belə deyirlər” kimi təqdim olunub. Kim deyir, harada deyir? Bəlkə, bu haqda divarlarda yazıblar?”, - deyə o bildirib.

Xatırladaq ki, dəbdəbəli toy mərasimi noyabrın 22-də Rusiyanın paytaxtında “Barvixa” zalında baş tutub. Mərasim rus adətləri ilə keçirilib, lakin spirtli içki verilməyib, gəlin isə toyun gedişində gəlinlik paltarını hicabla əvəz edib. Bəzi məlumatlara görə, o, həm də İslamı qəbul edib və müsəlman adı olan Rihana adını götürüb.

Kral və qalmaqallı realiti-şouda iştirakı ilə də tanınmış gözəllik yarışmasının qalibi il yarım əvvəl Avropada saat sərgisində tanış olublar və O.Voyevodina sərgidə stend yanında məhsul reklam edirmiş.

Son xəbərlər