Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Pullu yolun istifadəyə veriləcəyi tarix açıqlandı - VİDEO

24.01.2019 22:40 1 999
Pullu yolun istifadəyə veriləcəyi tarix açıqlandı - VİDEO
Azərbaycanda pullu yol sistemi bu ilin sonuna kimi Ələt-Astara-İran sərhədi avtomobil yolunda tətbiq ediləcək.

Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ''Xəzər Xəbər'' ə açıqlayıb.

Median.az Xəzər TV-yə istinadən xəbər verir ki, yolun Salyandan başlayaraq 170 km-lik hissəsi pullu olacaq. Artıq müasir sistemlərin alınması üçün müqavilə bağlanılıb və müvafiq vəsait ayrılan kimi bu avadanlıqlar ölkəmizə gətiriləcək.

Bundan başqa, yaxın günlərdə yolun Astara və Salyan rayonları ərazisindəki giriş-çıxış hissəsi də geniləndiriləcək. Eyni zamanda, bütün yol qovşaqlarında da xüsusi avadanlıqlar qurulacaq ki, sürücü ordan çıxdıqda alın şüşəsinə vuracağı kartdan yolun pulu avtomatik qaydada çıxılacaq.

Yolun hər kilometrinə görə ödənişinin nə qədər olacağı bilinməsə də, Anar Nəcəflinin sözlərinə görə, ödəniş günün tələbinə uyğun təyin ediləcək və yük maşınları minik maşınlarına nisbətən daha çox ödəniş edəcək. Amma bununla bərabər köhnə yolun da təmiri başa çatdırılacaq.

Quba Rusiya sərhədi istiqamətinə çəkilən digər pullu yolun 10 km-lik hissəsində artıq işlər başa çatdırılıb.скачать dle 11.3

Son xəbərlər