Mojo.az Banner
23:01 Bakıda mağazada qadın döyüldü  |     22:57 Ledi Qaqa gizlicə ərə gedib  |     22:50 Putin bu ölkənin vətəndaşlarına vizasız rejim tətbiq edəcək  |     22:45 Lionel Messi İspaniya klubunu satın alır  |     22:39 Yasamaldakı yanğına görə zərərçəkənlərdən üzr istədi - Məhkəmə  |     22:33 Paşinyanla Makronun görüşü başlayıb  |     22:28 Azərbaycanda veteran jurnalist vəfat etdi - FOTO  |     22:21 “Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru  |     22:10 DİN-in mopedlərlə bağlı yeni vəzifəsi müəyyənləşdi  |     22:03 Gömrükdən avtomobil və malların keçirilməsi qaydası dəyişdi  |     21:58 İki teatr BŞİH-dın alındı, Mədəniyyət Nazirliyinin tabeliyinə verildi  |     21:51 Rusiyada Azərbaycan və Türkiyədən idxal olunan narlar satışa çıxarılıb  |     21:46 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:39 Bakıdakı tibb müəssisələrinin birində kök hüceyrələrin transplantasiyası həyata keçiriləcək - QƏRAR  |     21:34 Tanışını Rusiyadan Bakıya dəvət edib öldürən şəxsə HÖKM OXUNDU  |     21:26 Azərbaycana idxal edilən alkoqollu içkilər üçün GÖMRÜK RÜSUMU dəyişdi  |     21:20 "Hər yer alov içində idi, özümü ikinci mərtəbədən atdım, ayaqlarım sındı" - Kafeni qəsdən yandıran şəxsin MƏHKƏMƏSİ  |     21:12 Könül Vəlibəyli və daha iki nəfərin öldüyü yanğınla bağlı ittiham aktı ELAN EDİLİB  |     21:07 Avropada qaz bahalaşır: Son dörd ilin REKORDU  |     21:00 Qəbiristanlığa getdi, qarət olundu  |    
Left Banner
Right Banner

Zərəri saymaqla bitməyən politelin sellofanlar - VİDEO

23.01.2019 19:39 2 437
Zərəri saymaqla bitməyən politelin sellofanlar - VİDEO
Median.az ARB TV-yə istinadən xəbər verir ki, XXI əsrdə politelin sellofan daşıma və qablaşdırma vasitəsi kimi bütün dünyada, eləcə də Azərbaycanda inqilab yaratdı.

Hazırda demək olar ki, mağazalarda gördüyümüz məhsulların böyük əksəriyyətinin qablaşdırılması da politelin sellofanlarla həyata keçirilir.

Araşdırmalar göstərir ki, politelin məhsullar illər ərzində həll olunmur və torpağa qarışmır. Eləcə də suda xarab olmayan belə qablar, torbalar milyonlarla su canlılarının da məhvinə səbəb olur.

Politelin haqqında məlumatlı olan insanlar əvvəllər olduğu kimi təbii xammalla hazırlanan vasitələrdən istifadənin tərəfdarıdırlar.

Sakin: "Həm təbiətə, həm bizə ziyandır".

Sakin: "Zərərlidir, ətrafı da çirkləndirir".

Sakin: "Əvvəllər kağız torbalar olurdu".

Sakin: "Bunlar xəstəlikdir".

Ölkədə mağzalarda sellofan torbalardan istifadəyə hər hansı məhdudiyyət yoxdur. Nəticədə bu israfçılığa, israf isə tonlarla zərərli maddənin tullantıya çevrilməsinə gətirib çıxarır. Dünyanın bir çox ölkələrində problem üzərində "baş sındıran" mütəxəssislər vəziyyətdən çıxış yolunu da tapıblar.

Eyyub Hüseynov - Ekspert: "MDB məkanında bu məsələ ardıcıl həll olunur. Beləki, burada sellofan paketlər tam şəffafdır, nazikdir və pulla satılır. Biz də təklif etmişik ki, paketlər pulla satılsın ki, əhali getdikcə ondan imtina etsin. Düşünürəm ki, sellofan paketlərin Azərbaycandan yığışdırlması həm ictimai səviyyədə, həm də biznes qurumları tərəfindən həll olunmalıdır".

Bir çox inkişaf etmiş ölkələrdə isə bio tərkibli torbalardan istifadə olunur. Belə məhsullar politelindən fərqli olaraq 24 ay ərzində torpağa qarışaraq həll olur.

Yeri gəlmişkən, 2019-cu ilin 1 aprel tarixindən etibarən Gürcüstanda istənilən növ plastik torbanın istehsalı, idxalı və satışı təmamilə qadağan ediləcək. Yalnız bio tərkibli çantalara icazə veriləcək. Qaydaları pozanlar 50 lari, (təqribən 200 dollar) cərimə ediləcək. Təkrarlanan pozuntular 1000 lari ilə qiymətləndiriləcək.скачать dle 11.3
Mojo.az Banner