Mojo.az Banner
23:02 Culfa sakini dəm qazından boğularaq ölüb  |     22:58 Bakıda kişi telefona görə sevgilisini vəhşicəsinə döydü  |     22:33 AQTA “Yummy Catering” MMC-yə məxsus ictimai iaşə obyektində nöqsanlar aşkarlayıb  |     22:30 Övladlığa götürülən 11 yaşlı uşaq, 38 yaşlı dələduz çıxdı - Film kimi HƏYAT  |     22:16 Arvadını bacısı kimi təqdim edirmiş... – Bakıda film kimi dələduzluq  |     22:12 Azərbaycanda 3 dövlət qurumuna elektron siqaretlərlə bağlı protokol tərtib etmək səlahiyyəti verilib  |     22:10 Mopedlərin qeydiyyatı və texniki baxışı üçün rüsum bu qədər olacaq  |     22:07 27 yaşlı Vüsal, yeniyetmə uşaqlar tərəfindən qətlə yetirildi  |     22:01 Çingiz Əsgərov Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı işi üzrə qərarına etiraz edib  |     21:22 Öləndə öz orqanları ilə başqalarına həyat vermək istəyənlər nə etməlidirlər? - Video  |     21:17 Ötən tədris ilində Azərbaycanda 200 tələbə vəfat edib  |     21:16 ABŞ-İran razılaşmasının GİZLİNLƏRİ  |     21:07 Qeyri-etik hərəkətləri ilə məşhurlaşmış "həkim" barəsində yeni ŞİKAYƏT - Video  |     20:35 Qətl törətdikdən 11 il sonra tutulan şəxsə HÖKM OXUNDU  |     20:33 Anar İsrafilov vəzifədən getdi  |     20:05 Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu  |     19:17 Bakının iki rayonunda gecə işıq olmayacaq  |     18:25 Fuad Nəcəfliyə yüksək vəzifə verildi  |     18:02 Attestat qiyməti 5 olan 32 şagird - Qəbulda 100-dən az bal toplayıb  |     17:41 Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar - Siyahı  |    
Left Banner
Right Banner

“Şahdağ”a dəmir yolunun çəkilməsi planlaşdırılır

22.01.2019 18:00 2 429
“Şahdağ”a dəmir yolunun çəkilməsi planlaşdırılır
Hazırda turizmin inkişafında mühüm önəm kəsb edən Ləki-Qəbələ dəmir yolunun tikintisinə başlanılıb, “Şahdağ” kurortuna dəmir yolunun çəkilişi üçün isə layihə sənədləri hazırlanır.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bunu nazir Şahin Mustafayev prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat Nazirliyinin geniş kollegiya iclasında deyib.

Nazirliyin strukturlarının və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş iclasda iqtisadiyyat naziri, kollegiyanın sədri Ş.Mustafayev vurğulayıb ki, Nazirlər Kabinetinin iclasında Azərbaycan Respublikasının prezidenti 2018-ci ildə sosial-iqtisadi sahədə görülmüş işləri müsbət qiymətləndirıb.

Kollegiya iclasında qeyd edilib ki, 2018-ci ildə infrastrukturun inkişafı istiqamətində mühüm işlər görülüb, Ələt-Astara-İran avtomobil yolu istifadəyə verilib, 2300 km magistral, şəhərlərarası və kənd yolları çəkilib.

2018-ci ildə beynəlxalq müstəvidə bir sıra uğurlar əldə olunub, ölkəmizin dünyada artan nüfuzu daha da güclənib. Dövlət başçısı tərəfindən iqtisadi inkişaf baxımından uğurlu il kimi qiymətləndirilən 2018-ci ildə makroiqtisadi sabitlik təmin olunub, iqtisadi artım 1,4% təşkil edib, qeyri-neft sektoru 1,8%, sənaye istehsalı 1,5%, qeyri-neft sənaye məhsulu 9,1%, kənd təsərrüfatı 4,6%, əhalinin nominal gəlirləri 9,2% artıb. Əsas kapitala 17,2 mlrd. manat investisiya qoyulub ki, bunun da 65,5%-i və ya 11 mlrd. manatdan çoxu qeyri-neft sektoruna yönəldilib.

2018-ci ilin yanvar-noyabr aylarında xarici ticarətdə müsbət saldo 8,6 mlrd. dollar təşkil edib, ixrac 36% artaraq 19 mlrd. dollara çatıb. 2018-ci ildə ölkənin valyuta ehtiyatları 3 mlrd. dollar artıb və hazırda 45 mlrd. dollar təşkil edir. Ötən il 118 min daimi iş yeri yaradılıb. Xarici borcun ÜDM-ə nisbəti 19%-dək enib.

Ötən il iqtisadiyyatda xüsusi əhəmiyyət kəsb edən Cənub Qaz Dəhlizinin rəsmi açılışı olub, TANAP layihəsi fəaliyyətə başlayıb, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, STAR Neft Emalı Zavodu istifadəyə verilib. 2018-ci ilin sentyabrında orbitə buraxılan və kommersiya baxımından çox əlverişli layihə hesab edilən Azərbaycanın üçüncü peyki - “Azerspace-2” ölkəyə böyük həcmdə valyuta gətirəcək.

Nazir vurğulayıb ki, Azərbaycanın əldə etdiyi nailiyyətlər nüfuzlu beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan Respublikası prezidentinin rəhbərliyi ilə həyata keçirilən islahatların nəticəsidir ki, “Doing Business 2019” hesabatında ölkəmiz yeni rekorda imza atıb, 10 ən islahatçı dövlət siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub və əvvəlki illə müqayisədə 32 pillə irəlilələməklə 190 ölkə arasında 25-ci yerə, MDB ölkələri arasında lider mövqeyə yüksəlib.скачать dle 11.3
Mojo.az Banner