Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Novruz Məmmədov iclas keçirdi

11.10.2018 12:47 2 538
Novruz Məmmədov iclas keçirdi
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qaldırılan məsələlərlə əlaqədar baş nazir Novruz Məmmədovun yanında Nazirlər Kabineti Aparatının iclası olub.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, sosial-iqtisadi sahədə ölkəmizin əldə etdiyi uğurlu nəticələrdən, iqtisadi islahatların daha da dərinləşdirilməsi istiqamətində aparılan məqsədyönlü işlərdən danışan baş nazir Novruz Məmmədov vurğulayıb ki, iclasda prezident İlham Əliyevin qeyd etdiyi kimi, beynəlxalq mövqeləri daha da möhkəmlənən Azərbaycan regionda sabitliyin, təhlükəsizliyin, əməkdaşlığın inkişafına töhfə verir:

“Eyni zamanda, ölkəmizdə iqtisadiyyat sahəsində islahatların dərinləşməsi, iqtisadiyyatın rəqabətliliyinin artırılması üçün önəmli addımlar atılır. Xüsusən sənaye istehsalında, qeyri-neft sektorunda mühüm işlər görülür.

Ölkədə makroiqtisadi vəziyyət sabitdir, investisiya və infrastruktur layihələri ardıcıl icra edilir, əhalinin aztəminatlı hissəsinin, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, məcburi köçkünlərin sosial problemləri daim dövlətin diqqət mərkəzindədir. Dövlət başçısının dediyi kimi, bu il Cənub Qaz Dəhlizinin, TANAP layihəsinin açılışları böyük nailiyyətlərdir.

Bu yaxınlarda “Azerspace-2” peykinin orbitə çıxarılması, həmçinin Sumqayıtda, Mingəçevirdə, Masallıda Sənaye parklarının yaradılması uğurlu işlərimizdəndir. İnfrastruktur layihələri ilə bağlı nəzərdə tutulan bütün məsələlər öz müsbət həllini tapır.

Kənd təsərrüfatının inkişafına, bölgələrdə məşğulluğun artırılmasına dövlət qayğısı da öz yüksək səmərəsini göstərməkdədir. Pambıqçılıq, üzümçülük, meyvəçilik, tərəvəzçilik sahələrində böyük irəliləyişlər müşahidə olunur”.

Yekunda sosial-iqtisadi inkişafın nəticələrinə dair ətraflı fikir mübadiləsi aparıldıqdan sonra Baş nazir Novruz Məmmədov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin müşavirədə verdiyi tapşırıqların icrası ilə əlaqədar Nazirlər Kabineti tərəfindən həyata keçirilməsi nəzərdə tutulan tədbirlərlə bağlı Nazirlər Kabineti Aparatının aidiyyəti şöbələrinə müvafiq göstərişlər verib.

Son xəbərlər