Mojo.az Banner
18:02 Attestat qiyməti 5 olan 32 şagird - Qəbulda 100-dən az bal toplayıb  |     17:41 Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar - Siyahı  |     17:27 Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar  |     16:19 750 əyarlı 5 qram ağırlığında qızıl üzüklər 50 manat ucuzlaşdı  |     16:14 Dəniz duzunun adi duzdan daha sağlam olmasının səbəbi nədir?  |     16:05 Borc müqavilələri necə təsdiq edilməlidir? - Konstitusiya Məhkəməsi  |     15:58 Xalq artistinin anası vəfat etdi  |     15:53 Azərbaycanda PUA-larla bağlı qanuna dəyişiklik edilir  |     15:47 Azərbaycanda bu avtomobillərin xüsusi tanınma nişanı olacaq  |     15:39 Sürücüsüz nəqliyyat vasitələrinin istifadə qaydaları müəyyənləşir  |     15:32 Şənbə günü 39° isti olacaq  |     15:27 75 min manatlıq dələduzluq edən şəxs məhkəmə zalında həbs olundu  |     15:19 Jurnalist vəsiqəsinin verilməsinə görə ödəniş ləğv edilir  |     15:13 Azərbaycanda Media və Yayım Şurası yaradılır  |     15:08 Azərbaycan vətəndaşları 22 ölkəyə vizasız gedib-gələ bilər  |     15:00 Kamçatka sahillərində iki güclü zəlzələ oldu  |     14:55 Yanğında körpəsini itirən ana da 8 gün sonra öldü  |     14:49 "Avroviziya" qalibi Bakıya gəlməkdən imtina etdi  |     14:42 DYP Bakıda piyadaların maarifləndirilməsi ilə bağlı tədbirlər keçirdi - Video  |     14:37 Malların gömrük dəyəri manatla bəyan ediləcək  |    
Left Banner
Right Banner

Nazirlik açıq havada işləyənlərə xəbərdarlıq etdi

16.01.2019 13:28 1 373
Nazirlik açıq havada işləyənlərə xəbərdarlıq etdi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanvarın 16-dan başlayaraq ölkə ərazisində ifrat təhlükəli hidrometroloji hava proqnozu ilə bağlı işəgötürənlərə müraciət edib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, həmin günlərdə ölkə ərazisində açıq hava altında işləməyin təhlükəli olması barədə bütün işəgötürənlərə məlumat verilib:

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanvarın 16-dan 18-dək ölkə ərazisində ifrat təhlükəli hidrometroloji hava proqnozu verdiyi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu barədə lazımi tədbirlər görüb. Bütün işəgötürənlərə xəbərdarlıq edilib ki, bu şəraitdə açıq havada işləmək məsləhət deyil”.

Bundan əlavə, “Azərenerji” ASC-nin mərkəzi aparatında və bütün müəssisələrində gücləndirilmiş xüsusi iş rejimi təşkil edilməsi üçün qurumun rəhbərliyi müvafiq əmr verib.

Əmrə əsasən, “Azərenerji”nin struktur tərkibinə aid olan idarə və müəssisə rəhbərlərinə tapşırılıb ki, 17-18 yanvar tarixlərində enerjisistemdə qəza hallarının baş verməməsi və yarana biləcək hər hansı qəza hallarının operativ aradan qaldırılması məqsədi ilə elektrik şəbəkələrində, stansiyalarında və sistem əhəmiyyətli yarımstansiyalarda bütün işçilər iş yerlərində olsun, rəhbər vəzifəli şəxslər iş rejiminə nəzarəti gücləndirsinlər.

Enerjisistemdə qəflətən açılmadan itirilə biləcək gücü əvəz etmək üçün fırlanan ehtiyat güc saxlanılması, Regional və Birləşmiş Dispetçer Xidmətlərinin əməliyyat heyətlərinin işinə nəzarəti gücləndirilməsi də əmrdə xüsusi vurğulanıb.

Eyni zamanda “Azərenerji”nin müəssisələrinin, o cümlədən, mühəndis-kommunikasiya və rabitə xətlərinin mühafizəsinin gücləndirilməsinin təmin edilməsi də məqsəd olaraq qarşıya qoyulub.скачать dle 11.3
Mojo.az Banner