Mojo.az Banner
23:01 Məşhur bitki dərinin qocalmasını dayandıra bilər  |     22:56 Şəkidə cücə sexi yandı  |     22:46 Şirin su balıqları çaylardan yoxa çıxır - Ekoloqlar narahatdır  |     22:42 Hotellərdə qiymət aşağı düşüb? - “Hazırda vəziyyət belədir”  |     22:38 Etibarnamə ilə torpaq alanları hansı risklər gözləyir?  |     22:31 Keçmiş reper baş nazir seçildi  |     22:23 Subasmaya görə köməksiz qalan 9 nəfər xilas edildi - Video  |     22:18 BŞİH gücləndirilmiş iş rejiminə keçib  |     22:13 Masallıda baş verən qəzada 34 yaşlı sürücü öldü  |     22:05 Uşaq neçə saat ekran qarşısında ola bilər? - Yaşa uyğun SAATLAR  |     22:00 Yağış Sabunçu vağzalının qarşısını iflic günə saldı - Video  |     21:52 Hande Erçel sərbəst buraxıldı  |     21:46 İstanbulda zabit və məhkumlar yol qəzasına düşdü - Yaralılar var  |     21:30 Murad Dadaşov əməliyyatdan sonra  |     21:24 Ağsuda qadını öldürüb əkin sahəsinə atdılar: Polis iki nəfəri saxladı  |     21:17 Azərbaycan millisi Sent Lüsiyanı 6:1 hesabı ilə məğlub etdi  |     21:11 Bakıda və Abşeronda yağıntının miqdarı aylıq normanın 195%-ni təşkil edib - FAKTİKİ HAVA  |     21:02 At və uzunqulaqların sayı kəskin azalıb: Səbəb nədir? - Video  |     20:56 İran Səudiyyə Ərəbistanındakı aviabazada yanacaqdaşıyan təyyarələrin məhv edildiyini açıqlayıb  |     20:49 Bakının iki rayonunda yaşayış evlərinin həyətyanı sahələrini su basdı: Sakinlər təxliyə edildilər - Video  |    
Left Banner
Right Banner

Ötən il 888 nəfər səs-küy saldığına görə saxlanılıb

15.01.2019 21:41 1 522
Ötən il 888 nəfər səs-küy saldığına görə saxlanılıb
Ötən il post və marşrutlarda 32.081 nəfər, o cümlədən müxtəlif cinayətlər törətmiş 834, inzibati xətalara yol vermiş 31.247 şəxs saxlanılaraq barələrində qanunauyğun ölçülərin götürülməsi təmin edilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bunu Alay komandirinin birinci müavini - Qərargah rəisi, polis polkovniki Elnur Kərimov Əlahiddə Çevik Polis Alayında 2018-ci il ərzində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsində deyib.

E.Kərimov qeyd edib ki, ötən il Nazirliyin aidiyyəti struktur qurumları və ərazi polis orqanları ilə qarşılıqlı əlaqədə Alayın patrul bölüklərinin xidmət apardığı ərazilərdə kriminogen durum bütövlükdə nəzarətdə saxlanılıb, сinayətlərin və digər hüquqpozmaların aşkarlanması və qarşısının alınması üçün paytaxtın polis orqanları ilə birgə zəruri tədbirlər görülüb. Hüquqazidd əməllərə yol verdiyinə görə saxlanılanlardan 214-ü xuliqanlıq, 247-si oğurluq, 15-i soyğunçuluq, 52-i dələduzluq, 44-ü digər cinayətlər törətmiş şəxslər olub.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Alayın şəxsi heyəti tərəfindən ümumilikdə 133 nəfər saxlanılıb. Bununla bərabər, xırda xuliqanlığa görə 1.298, avaralıq və dilənçiliyə görə 3.199, polisin qanuni tələbinə tabe olmadığına görə 668, qanunsuz küçə ticarəti ilə məşğul olduğuna görə 4.925, məişət səs-küyünə yol verən 888 nəfər müəyyən edilərək barələrində zəruri tədbirlər görülüb. Bütövlükdə, 2017-ci illə müqayisədə aşkarlanan cinayətlərin sayı 1,5, inzibati xətaların sayı isə 21,3 faiz çox olub.//Trend.azскачать dle 11.3
Mojo.az Banner