Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

AzTV-nin sədri işdən çıxarıldı

15.01.2019 16:44 1 924
AzTV-nin sədri işdən çıxarıldı
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov vəzifəsindən uzaqlaşdırılıb.

Median.Az
AZƏRTAC-a istinadən xəbər verir ki,bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Arif Nizam oğlu Alışanov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir”, - deyə Sərəncamda qeyd edilib.

Son xəbərlər