Mojo.az Banner
SON DƏQİQƏ
22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Anasını döydüyü üçün atasını baltaladı - MƏHKƏMƏ

14.01.2019 20:43 2 314
Anasını döydüyü üçün atasını baltaladı - MƏHKƏMƏ
Göygöl rayonunda atasını öldürməkdə təqsirli bilinən Eşqin Quliyevin cinayət işi üzrə məhkəmə başlayır.

Median.az
-ın xəbərinə görə, Göygöl rayon Prokurorluğunda toplanan material baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Elmin Rüstəmovun icraatına verilib.

İttihama görə, ötən il sentyabrın 16-da Göygöl rayonunun Yeni Qızılca kəndində Daşkəsən rayon sakini, 38 yaşlı Ramil Quliyev gecə saatlarında evdə həyat yoldaşı ilə mübahisə edib və onu döyüb.

Bu zaman onların 17 yaşlı oğlu Eşqin Quliyev atasının başına balta ilə ağır zərbələr endirib. E. Quliyev atasının ona müqavimət göstərdiyini görüb, ona daha bir neçə zərbə vurub. R. Quliyev aldığı xəsarətlərdən yerindəcə keçinib.

Hadisədən sonra könüllü şəkildə polisə təslim olan gənc saxlanılaraq istintaqa cəlb olunub.

İstintaq orqanı tərəfindən Eşqin Quliyev barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.скачать dle 11.3

Son xəbərlər