Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Xaçmazda qaynını güllələyən şəxsə hökm oxundu

09.03.2021 13:28 1 701
Xaçmazda qaynını güllələyən şəxsə hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmazda qaynını güllələyərək öldürməyə cəhddə təqsirləndirilən Fazil Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Report” xəbər verir ki, hakim Telman Hüseynovun sədrlik etdiyi prosesdə hökm oxunub.

Hökmə əsasən, F.Quliyev 11 il müddətinə azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinib.

Qeyd edək ki, hadisə ötən il Xaçmazın Ağtala kəndində baş verib.

İlkin məlumata görə, evə sərxoş vəziyyətdə gələn kənd sakini F.Quliyev həyat yoldaşı ilə mübahisə edib. Səs-küyə gələn qaynı, 1994-cü il təvəllüdlü Murad Rəsul oğlu Allahverdiyev onları sakitləşdirmək istəyib. Bundan daha da əsəbiləşən F.Quliyev onu öldürəcəyi ilə hədələyib. O, bir neçə saat sonra ov tüfəngindən atəş açaraq Murad Allahverdiyevə həyat üçün təhlükəli olan xəsarət yetirib.скачать dle 11.3
Mojo.az Banner