Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda iki xəbər saytı bağlandı

09.01.2019 11:52 4 420
Azərbaycanda iki xəbər saytı bağlandı
Azərbaycanda “GoldNews.Az” və “a24.az” xəbər saytlarının fəaliyyəti dayandırılıb.

Bu barədə saytlara rəhbərlik edən İlkin Mustafayev özünün sosial hesabından paylaşım edib.

“Ötən gün rəhbərlik etdiyim a24.az və GoldNews.Az.xəbər portalları fəaliyyətini dayandırdı. Mənim üçün çətin olan saytların fəaliyyətini dayandırması yox, belə gözəl bir kollektivlə ayrılmağım oldu. Səid Qərib, Sərdar Amin, Əcəmi Əsədulla, Aynur Ələkbər, Günay İlqarqızı, Gülnar Baxşiyeva - hər biri öz sahələrini gözəl bilən əməkdaşlardır. Həmin əməkdaşların fəaliyyətlərindən istifadə etmək istəyən sayt rəhbərləri, məncə, peşman olmazlar. Uşaqlar, hər birinizi sevirəm. Uğurlarınız bol olsun”, - deyə o bildirib.

Son xəbərlər