Mojo.az Banner
23:01 Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin  |     22:56 Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO  |     22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |     22:19 Torpağa basdırılan silah-sursat üzə çıxarıldı  |     22:11 Uşaqlar yatmazdan əvvəl niyə çox danışırlar?  |     22:06 Estoniya tranzit yolunu bağladı  |     21:59 Bakıda kişi pilləkənlərdən yıxılıb öldü  |     21:51 Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb  |     21:46 "Forsaj" serial olacaq  |     21:39 “Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib  |     21:34 "FlyDubai" təyyarəsini kim xilas etdi?  |     21:28 Antibiotikin yeni zərəri üzə çıxdı - XƏBƏRDARLIQ  |     21:20 Elektron tullantılar təhlükəlidir? - Ekoloqdan AÇIQLAMA  |     21:15 Qırğızıstan ilk milli peykini kosmosa göndərdi  |     21:06 Sevgi və pulla bağlı 2 BÜRCƏ şad xəbər  |     21:00 Problemli kreditlər artır - Ekspert səbəbləri açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Sumqayıtda keçmiş məhkumu döyüb, öldürən şəxslər iclas zalında həbs olunublar

03.01.2019 16:49 3 610
Sumqayıtda keçmiş məhkumu döyüb, öldürən şəxslər iclas zalında həbs olunublar
Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt şəhər sakini Yadigar Bayramov, Araz Quliyev, Yaşar Baxışov və Elşad Mamarzayevin CM-nin 120.2.1-ci (qəsdən adam öldürmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə hazırlıq iclası davam etdirilib.

Median.Az
xəbər verir ki, bu il avqustun 20-də Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşid Abbasov qapalı kəllə-beyini, baş-beyin silkələnməsi və burun sümüyünün sınığı ilə Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib və orada ölüb.

Sumqayıt ŞPİ və şəhər prokurorluğu əməkdaşlarının apardıqları araşdırmalarla, həmin gün şəhər ərazisində R.Abbasovla qonşuları, əvvəllər məhkum olunmuş Yadigar Bayramov, Araz Quliyev, Yaşar Baxışov və Elşad Mamarzayev arasında münaqişə baş verməsi, bu zaman onun həmin şəxslər tərəfindən döyülməsi müəyyən edilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onlar saxlanılıblar.

Keçirilən prosesdə təqsirləndirilən şəxslərin barəsində seçilmiş polis nəzarəti qətimkan tədbiri dəyişdirilib, onlar məhkəmə zalında həbs olunublar.

Növbəti proses ayın 10-na təyin edilib.скачать dle 11.3
Mojo.az Banner