Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Faiq Ağayevin ad günüdür - VİDEO

29.12.2018 14:16 3 173
Faiq Ağayevin ad günüdür - VİDEO
Bu gün Xalq artisti Faiq Ağayevin ad günüdür. Onun 47 yaşı tamam olur.

Faiq Ağayev sosial şəbəkədə paylaşdığı videoda onu təbrik edənlərə belə təşəkkür edib:

"Əziz sevimli dostlar, bayaqdan saysız-hesabsız təbriklər gəlir. Hamınıza hədsiz dərəcədə minnətdaram. Səmimiyyətinizə, doğmalıq göstərdiyinizə görə o gözəl təbriklərə var olun. Yaxşı ki, varımsınız. Sizin sevginizə daim layiq olmağa çalışacağam. Öpürəm və bütün qəlbimin səmimiyyəti ilə siz çox sağ olun deyirəm!"

2000-ci il oktyabrın 28-də Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin fərmanı ilə Faiq Ağayev əməkdar artist fəxri adı alıb. 2008-ci ilin 17 sentyabr tarixində Faiq Ağayevə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanın xalq artisti fəxri adı verilib.


Son xəbərlər