Mojo.az Banner
23:02 Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi oldu  |     22:57 Azərbaycanın Ermənistana builki ixracının dəyəri 11 milyon dolları keçdi  |     22:49 Xalq artisti oğluna gəlinsiz toy etdi (VİDEO)  |     22:44 Xanım sahibkar 40 min dollar cərimələndi  |     22:36 Alimlər kosmosda qalaktikaları məhv edən güclü küləklər aşkar etdi  |     22:31 Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir  |     22:24 Yeni sığorta qaydaları: Kimlərin xərci artacaq, kimlər güzəşt qazanacaq?  |     22:18 UEFA Konfrans Liqası: “Zirə” Gürcüstan komandası ilə qarşılaşacaq  |     22:09 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq  |     22:09 Energetik içkilər adi sərinləşdirici içki deyil: İstehlakçılar nələrə diqqət etməlidir? - Video  |     21:44 Universitet müəllimi vəfat edib - FOTO  |     21:43 "Beniz"in işində şahid məcburi məhkəməyə gətiriləcək  |     21:43 Bakıda 6 avtomobildən oğurluq edildi  |     21:41 Məktəbdə ciddi nöqsanlar aşkarlandı: Direktor işdən çıxarıldı, məhkəmə qərarı qüvvədə saxladı  |     20:48 Rayonlarda pensiyalar bu tarixdə ödəniləcək  |     20:43 Qubada istirahət mərkəzi su altında qaldı - Video  |     20:37 Qəbələdə yanğın oldu  |     20:29 "Telegram" bir həftəlik bloklandı - Hindistanda  |     20:24 Sabah 35° isti olacaq  |     20:15 Filippindəki zəlzələdə ölənlərin sayı artdı  |    
Left Banner
Right Banner

Sərxoş halda dava saldığı deyilən deputat danışdı - YENİLƏNİB

15.12.2018 14:24 2 551
Sərxoş halda dava saldığı deyilən deputat danışdı - YENİLƏNİB
Azərbaycan Sənaye Korporasiyasının baş direktoru, Milli Məclisin deputatı Kamran Nəbizadə Bakıda restoranlarından birində sərxoş halda dava salması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Median.Az
-ın xəbərinə görə, o, “Report”a açıqlamasında deyib ki, barəsində yayılanlar həqiqəti əks etdirmir: “Yalan xəbərlərdir”.

Xatırladaq ki, deputatın sərxoş halda restoranda dava salması ilə bağlı məlumat yayılıb. Məlumatda bildirilir ki, K.Nəbizadəni restoranın mühafizəçiləri sakitləşdiriblər. O, daha sonra restorandan kənarlaşdırılıb.

* * * * *

Azərbaycan Sənaye Korporasiyasının baş direktoru, deputat Kamran Nəbizadə Bakının mərkəzində yerləşən restoranlardan birində sərxoş halda dava salıb.

Median.Az
-ın Real TV-yə istinadən məlumatına görə, bu barədə jurnalist Eynulla Fətullayev xəbər verib.

Onun sözlərinə görə, deputatın sərxoş halda saldığı dava onun gözlərinin qarşısında baş verib.

“Hadisə şəhərin mərkəzində yerləşən restoranlardan birində baş verib. Anlaqlı vəziyyətdə olmayan, ayaq üstə güclə dayanan Kamran Nəbizadə kütləvi davaya səbəb olub. Yalnız restoranın mühafizə xidməti işə qarışandan sonra davanın qarşısını almaq mümkün olub.

Sərxoş deputatı birtəhər maşına oturdub evə aparıblar”, - deyə o bildirib.скачать dle 11.3
Mojo.az Banner