Mojo.az Banner
23:00 Azərbaycanda 4 günlük iş həftəsi mümkündürmü?  |     22:49 İranda yanacaqdaşıyan maşının partlaması nəticəsində 10 nəfər ölüb  |     22:35 Bu bürclər üçün qeyri-adi günlər başlayır  |     22:26 Kəlbəcərdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb - (Foto)  |     22:18 İnsan saçı qalınlığındakı kristallar 454 milyon illik sirri açdı  |     22:11 ABŞ İranın 3 neft tankerini vurdu  |     22:05 Əməkdar həkim vəfat etdi  |     21:58 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     21:52 Kremldə Putinlə Uitkoff və Kuşner arasında görüş başlayıb - VİDEO  |     21:41 Yəməndə baş verən toqquşmalarda 60-dan çox insan ölüb  |     21:32 Ən qonaqpərvər BÜRCLƏR  |     21:22 İranda neft tanker partlayıb, on nəfər ölüb  |     21:15 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     20:59 Ayfon-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu  |     20:51 Premyer Liqa: "Sabah" "Zirə"ni darmadağın etdi  |     20:46 Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?  |     20:22 Turizm səfərləri təşkil etmək adı ilə vətəndaşları aldadan şəxs həbs edilib  |     20:20 Məşhur türkiyəli aktyor evində ölü tapıldı  |     20:02 Zelenski: "Ukrayna Moskvaya zərbələri dayandırmağa hazırdır"  |     20:00 Azərbaycanda müəllim vəfat etdi  |    
Left Banner
Right Banner

Tahir Salahovun oğurlanmış əsəri lombardda tapıldı

14.12.2018 12:20 6 205
Tahir Salahovun oğurlanmış əsəri lombardda tapıldı
Tanınmış rəssam Aydan Salahova atası, SSRİ xalq rəssamı Tahir Salahovun oğurlanmış əsərini lombardda tapıb.

Median.Az
xəbər verir ki, bununla bağlı Aydan Salahova “Facebook” hesabında məlumat verib.

Onun sözlərinə görə, əsərləri Salahovun keçmiş şəxsi asistenti və yaxın dostu Mayk Xoukmen oğurlayıb.

“Yaxın dostundan əsərləri satmaq adı ilə götürüb. İki il və daha çox müddətində həmin rəsmi və ya onun pulunu necə qaytarmamaq olar?! Sonra isə onu dəyər-dəyməzinə satıb. Bəzilərini isə dəyərindən aşağı qiymətə lombarda təqdim edib”, - Salahova bildirib.

O əlavə edib ki, Xoukmen nəinki onu, eyni zamanda, digər məşhur rəssamları aldadıb. Xoukmendən pulları gözləməkdən yorulan Salahova və həmkarları hüquq-mühafizə orqanlarına müraciət edib.

Polisdə Xoukmen əsərləri verdiyi lombardın ünvanını açıqlayıb. Tapılan əsərlər arasında Tahir Salahovun “Palmalar – Tormolinos. İspaniya” və “Gecə palmaları – Benalmaden-Kosta” əsərləri də olub.

Qeyd edək ki, bu, Xoukmenin ilk dələduzluğu deyil. 2015-ci ildə rusiyalı rəssam Vladimir Burakovskinin “Neokonçennıy pasyans” əsərini satmaq adı ilə rəssamın nəvəsi Mariyadan alıb və geri qaytarmayıb. O, əsəri itirdiyini bildirib.

Bundan sonra Mariya Burakovskaya məhkəməyə müraciət edib. Məhkəmənin qərarı ilə Xoukmen üç il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib və 500 min rubl (12 min 800 AZN) məbləğində cərimə ödəməli olub.скачать dle 11.3
Mojo.az Banner