Mojo.az Banner
23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |     22:06 Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var  |     21:59 Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb  |     21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda məktəblilərin qəzaya uğradığı avtobusun sürücüsü həbs edildi

10.12.2018 11:31 1 862
Bakıda məktəblilərin qəzaya uğradığı avtobusun sürücüsü həbs edildi
Xəbər verdiyimiz kimi, dekabrın 7-si səhər saat 08:00 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsinin ərazisində, qəsəbə sakini 1990-cı il təvəllüdlü Mübariz Kərimov idarə etdiyi “Mercedes 208” markalı 10-KL-578 dövlət qeydiyyat nişanlı, 8-i məktəbli olmaqla, ümumilikdə içərisində 10 nəfər sərnişinin olduğu mikroavtobusu hasara vurub.

Nəticədə, M.Kərimov və mikroavtobusda olan sərnişinlər - Hökməli və Sulutəpə qəsəbələrinin sakinləri 29 yaşlı Lumu Məmmədli, eləcə də 7, 10 və 14 yaşlı uşaqlar xəsarət alıblar. L.Məmmədlinin və bir azyaşlının vəziyyətləri orta ağır olduğundan onlar xəstəxanaya yerləşdirilib, digərləri isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Hadisə nəticəsində vətəndaşa məxsus həyətyanı sahənin hasarının bir hissəsi uçulub.

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovnik-leytetantı Rüfət Quliyev Trend-ə açıqlamasında bildirib ki, M.Kərimov verdiyi ilkin ifadəsində yol-nəqliyyat hadisəsinin baş verdiyi gün sərnişinlərini orta məktəbə apararkən qəflətən qarşısına çıxan azyaşlını vurmamaq üçün nəqliyyat vasitəsini yolun hərəkət hissəsinin kənarına çəkdiyini, lakin bu zaman idarəetməni itirərək hasara çırpıldığını bildirib.

Lakin araşdırma zamanı müəyyən olunub ki, valideynlərlə aralarında əldə olunan şifahi razılaşmaya əsasən, M.Kərimov gündəlik olaraq qəsəbə sakinlərindən bir qrup məktəblini və onların valideyinlərini 217 nömrəli tam orta məktəbə aparıb-gətirirmiş.

Heç bir təhlükəsizlik tədbirləri görülməyən, müvafiq tanınma nişanı ilə təchiz edilməyən, əsasən qəsəbə və məhəllədaxili yollardan sürülən mikroavtobusla məktəbliləri daşıyan M.Kərimovun ümumiyyətlə sürücülük vəsiqəsi olmayıb.

Xüsusi texniki vasitələrlə qeydə alınan məlumatlara əsasən, “Mercedes 208” markalı 10-KL-578 dövlət qeydiyyat nişanlı mikroavtobusun respublika əhəmiyyətli avtomobil yollarında hərəkətdə olması aşkar edilməyib.

Mübariz Kərimov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırma aparılır.

BDYPİ baş vermiş bu yol-nəqliyyat hadisəsinə diqqət cəkməklə bir daha xatırladır ki, özlərinin, övladlarının həyatını tanımadıqları, təsadüfü seçdikləri, təcrübəsiz insanlara, sürücülərə həvalə etməsinlər.скачать dle 11.3
Mojo.az Banner