Mojo.az Banner
14:14 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir  |     14:11 Leyla Əliyeva Bonnda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb - FOTO  |     14:10 Bakıda usta iş yerində öldü  |     14:01 Bakıda tıxacları azaldacaq YENİ AVTOMOBİL YOLU çəkilir - Video  |     13:56 Əli Kərimli barəsində QƏRAR VERİLDİ  |     13:55 Xalq artisti Flora Kərimovanın sağlamlıq vəziyyəti AÇIQLANDI  |     13:52 Onu bıçaqlayan həmkəndlisinin qulağını dişlədi, cəza aldı - Qusardakı cinayətin TƏFƏRRÜATI  |     13:51 Dünya bazarında neft UCUZLAŞIR  |     13:50 Şəmkirdə körpə qızdırmadan ölüb  |     13:48 Ağstafada ev yandı, mənzil sahibinin meyiti aşkarlandı  |     13:47 Konqoda Ebola virusundan ölənlərin sayı 200 nəfərə yaxınlaşır  |     13:45 Media və Yayım Şurasının idarəetmə strukturu necə olacaq?  |     13:44 Zaqatalada ölümlə nəticələnən qəzanın TƏFƏRRÜATI  |     13:43 Məşhur fransız aktyor 81 yaşında vəfat etdi  |     13:42 Azərbaycan nefti ucuzlaşdı  |     13:39 UEFA Çempionlar Liqası: Bu gün "Sabah"ın rəqibi bilinəcək (Yenilənib)  |     13:27 Güclü yağış Şəkinin bir kəndində ciddi fəsadlar törətdi  |     13:23 Hindistan "Tomahawk" raketinin analoqunu sınaqdan keçirdi  |     13:16 Azərbaycanda həkim çatışmazlığı: Bölgələrdə vəziyyət necədir? - Video  |     13:05 Şirvanda maskalı şəxs 32 yaşlı kişini bıçaqlayıb  |    
Left Banner
Right Banner

Bakı metrosunda döyülən qız: Dedi bilirsən nəyə oxşuyursan?

08.12.2018 16:29 2 291
Bakı metrosunda döyülən qız: Dedi bilirsən nəyə oxşuyursan?
Polisə şikayət ərizəsi vermişəm, etdiyi hərəkətə görə cavab verəcək.

Bu sözləri oxu.az-a dünən metronun Nizami stansiyasında sərnişinlər arasında yaşanan davada zərərçəkmiş 1988-ci il təvəllüdlü Pərvanə Fərmanzadə deyib.

Onun sözlərinə görə, qatarda ona yumuruq zərbəsi vuran şəxsin adı Əli olub:

“Rəfiqəmlə qatarda söhbət edirdik. Bilmədən yaxınlıqda dayanan oğlanın çiyninə toxunmuşam. Metroda sərnişinlər çox olanda belə hallar olur. Amma həqiqətən də mən toxunduğumu hiss etməmişəm. Birdən qayıdıb mənə dedi ki, “yaxşı çiyin döyüşünə gedə bilərsən, döyüşək bəlkə?”.

Mən də dedim ki, çiyninə dəymişəmsə, bağışla. Sonra məni təhqir edərək, “sən heç bilirsən nəyə, kimə oxşayırsan?” dedi. Mən də əsəbləşdim ona söyüş söydüm. O da birdən üzümə yumruq vurdu. Sonra dava düşdü, təpik vurdu. Qatar stansiyaya çatanda polisləri çağırdım, onu saxladılar. Ərizə yazanda bildim ki, oğlanın adı Əlidir. Dünən polis bölməsinə çağırmışdılar, araşdırma apardıqlarını deyirlər. Kamera görüntüləri var, orda təpik vurulan an düşüb. Bu iş məhkəməyə qədər gedəcək”.

Xatırladaq ki, hadisə ayın 6-da metronun Nizami stansiyasında yaşanıb.скачать dle 11.3
Mojo.az Banner