Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakı metrosunda insanları ölümdən qoruyacaq əyşalar paylanıldı (FOTO)

06.12.2018 16:14 1 436
Bakı metrosunda insanları ölümdən qoruyacaq əyşalar paylanıldı (FOTO)
"Bakı Metropoliteni" QSC "İşıq saç, özünə yol aç!" şüarı altında keçirdiyi daha bir sosial aksiyaya start verib.

Trend-in məlumatına görə, aksiyaya metronun "28 may" stansiyasından başlanıb.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, qurumun xidmət şöbəsinin təşəbbüsü ilə təşkil edilmiş aksiyada məqsəd hər il dünyada milyonlarla piyada ölümünə səbəb olan qəzaların qarşısını almaq üçün dünya təcrübəsində istifadə olunan tədbirlərdən biri ilə Bakı metropoliteni sərnişinlərini də yaxından tanış etməkdir: 

"Budəfəki aksiyada onlara xüsusi işıq reflektorlu qolbaqlar təqdim edildi. Məqsəd qaranlıq hava şəraitində, axşam və gecə saatlarında yol hərəkətinin iştirakçısı olan insanların diqqətini bu kimi vasitələrdən istifadə etməyin əhəmiyyətinə çəkməkdir. Qaranlıq vaxtlarda, xüsusən yağmurlu havalar zamanı avtomobillərin şütüdüyü yollar daha təhlükəli xarakter alır. Çünki belə hallarda avtomobilin əyləc yolu iki dəfə, şaxtalı havalarda isə üç dəfəyə yaxın artır. Görmə dairəsinin daralmasını da nəzərə alsaq, yaxınvuran işıqlarla sürücü yalnız 40-50 metrdə yolu keçən sərnişini görə bilir. Bu isə qəzaya gətirib çıxaran əsas səbəbə çevrilir. 

Qəzaların qarşısını almaq üçün fərqli üsullardan olunsa da onlardan ən çox yayılanı işıq faktorudur. Bu üsul qaranlıqda hərəkət edən piyadaların sürücülər tərəfindən nəzərə çarpdırılması üçündür. Yaxınvuran işıqla 150, uzaqvuran işıqla 300 metrə qədər görmə məsafəsində yolu işıq reflektorlarından istifadə keçən piyadanı görmək mümkündür. Əvvəllər reflektorların yalnız fosforlu növü mövcud idi. Hazırda isə onlar müxtəlif üsul və texniki vasitələrlə hazırlanır. Eyni zamanda, onu bəzək əşyası kimi geyimdə də istifadə etmək mümkündür. Bu səbəbdən işıq saçan reflektorlar, qolbaqlar, boyunbağılar, flikerlər insan həyatının xilas mənbəyinə çevrilir".

Metrpoliten rəsmisinin sözlərinə görə, Avropada bu istiqamətdə aparılmış sosial aksiyalar, qanunvericilik aktları, maarifləndirici tədbirlər vasitəsilə ölüm halları 85 faizə qədər azaldılıb: "Bir sıra ölkələrdə qaranlıq saatlarda piyada, velosiped və motosikllərlə hərəkət edənlər üçün işıq saçan vasitələrdən istifadəyə riayət olunması ilə bağlı xüsusi qaydalar mövcuddur. İşıq faktorundan istifadə dünyada geniş yayılıb, bəzi Avropa ölkələrində ənənə halını alıb. Xüsusi işıq reflektorlu qolbaqlar da piyadaların təhlükəsizliyini qorumaq üçün nəzərdə tutulan vasitələrdəndir".

Aksiya media nümayəndələrinin də fəal iştirakı və tövsiyələri ilə daha geniş miqyasda təbliğat xarakteri alıb.

Kampaniyaya “Elmlər Akademiyası” stansiyasında yekun vurulub.

Kampaniya metro stansiyalarında yerləşən monitorlarda nümayiş etdirilən sosial çarxla bir müddət gündəmdə saxlanılacaq.






Son xəbərlər