Mojo.az Banner
22:18 Narkotikdən istifadə edən təcili yardım sürücüsünə hökm oxundu  |     22:17 Tovuz rayonunda kanaldan meyit aşkarlandı  |     22:16 Sürücülərin NƏZƏRİNƏ: Görünüş məsafəsi məhdudlaşacaq  |     22:15 Sumqayıtda oğurluq edən qadın saxlanılıb  |     22:13 Azərbaycanlı vəkilin oğlu Rusiyada həbs edildi  |     22:13 Ağ Evdə keçirilən UFC turnirində qalmaqal  |     22:12 Bacısını yatdığı yerdə güllələyib öldürdü, cəzadan azad edildi  |     22:10 Məşhur serialın ulduzu 77 yaşında vəfat etdi  |     22:08 Ukraynadan Azərbaycana kiloqramı 2,8 manatdan 1 234 ton toyuq əti gətirilib  |     22:05 Sabah 32 dərəcə isti olacaq  |     22:01 Moskva-Naxçıvan reysində İNSİDENT: Sərnişin təyyarənin qapısını açmağa çalışdı  |     21:55 Ağdamda çobanlar arasında mübahisə: Ölən və xəsarət alan var (Yenilənib)  |     21:49 Ucarda 62 yaşlı kişi küçədə öldü  |     11:48 Köçəryan ölkədən qaçmaq istədi  |     11:47 Bakının 6 rayonunda yollar təmir olunacaq - SİYAHI  |     11:47 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək  |     11:45 Xalq artisti Flora Kərimovanın son durumu açıqlandı  |     11:44 Şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA  |     11:43 Türkmənistan prezidentinin Azərbaycana səfəri nəzərdə tutulur  |     11:41 Bakıda stadionda 11 yaşlı uşağın başına iş gəldi - XİLASEDİLMƏ GÖRÜNTÜLƏRİ (Video)  |    
Left Banner
Right Banner

Bakıda polislər 10 gündür evlənən cütlüyün həyatını xilas etdi

04.12.2018 13:53 1 774
Bakıda polislər 10 gündür evlənən cütlüyün həyatını xilas etdi
Bakının Suraxanı rayonunda polis əməkdaşları noyabrın 25-də ailə quran gəncləri ölümdən qurtarıb.

Median,Az
DİN-ə istinadən xəbər verir ki, dekabrın 2-də Suraxanı Rayon Polis İdarəsi 33-cü Polis Bölməsinə Yeni Günəşli qəsəbəsi V yaşayış massivi ev 16 mənzil 33-dən qonşu mərtəbədə yerləşən mənzilə su axması və içəridən xırıltı səslərinin gəlməsi barədə məlumat daxil olub. Dərhal hadisə yerinə yollanan bölmənin sahə inspektoru polis kapitanı Nazim Əzizov və əməliyyat müvəkkili polis leytenantı Pünhan Mehdiyev vəziyyətə operativ qiymət verərək evdə olan şəxslərin dəm qazından zəhərlənməsini müəyyən ediblər. Bundan sonra polislər qonşuların iştirakı ilə ikinci mərtəbə yerləşən mənzilin eyvanındakı pəncərəni qıraraq içəri daxil olublar.

Bu zaman polislər mənzildə Toğrul Hidayətzadə və onun həyat yoldaşı Ayseli halsız vəziyyətdə aşkar edərək onlara ilkin tibbi yardım göstəriblər. Təcili tibbi yardım gələnə qədər qədər polis kapitanı N.Əzizov dəm qazından zəhərlənən şəxslərə süni nəfəs verərək onları həyata qaytarmağa nail olub.

Daha sonra hər iki şəxs 1 saylı Şəhər Kliniki Xəstəxanasının Toksikologiya Şöbəsinə yerləşdirilib. Artıq dəm qazından zəhərlənən şəxslərin həyatına heç bir təhlükə yoxdur və onlar özlərini normal hiss edirlər. Toğrul Hidayətzadə onun və həyat yoldaşının həyatını xilas edən, ailələrində baş verə biləcək faciənin qarşısını alan polis əməkdaşlarına öz təşəkkürünü bildirib.

Dəm qazından zəhərlənən şəxsləri xilas edən əməkdaşlardan biri, polis kapitanı N.Əzizov "Azərbaycan polisinin yaranmasının 100 illik yubileyi”nə həsr olunmuş "Ən yaxşı polis sahə inspektoru” nominasiyasında keçirilmiş müsabiqədə 2-ci yeri tutub və nazirliyin rəhbərliyi tərəfindən xüsusi doplomla təltif edilib.скачать dle 11.3
Mojo.az Banner