Mojo.az Banner
14:56 Ötən ay 18 nəfər dövlət sərhədini pozduğuna görə saxlanılıb  |     14:31 Günəşdə güclü partlayış baş verib - Maqnit qasırğası ola bilər  |     13:43 Klinikadan 5000 manat oğurlayan kassir saxlanıldı  |     12:52 Polis Bakıda ƏMƏLİYYAT KEÇİRDİ - Saxlanılanlar var - Video  |     12:48 Azərbaycanda onlarla aptekdə NÖQSANLAR aşkarlanıb  |     12:30 Milli və xarici valyutada əməliyyatların aparılması qaydalarında dəyişiklik edilib  |     12:21 Birinci sinfə qəbulla bağlı yaranan SUALLARIN CAVABLARI  |     12:20 Dövlətə xəyanətə görə Turalbəy Mehdiyevə HÖKM OXUNDU  |     12:19 Sabiq nazir və "Təfəkkür" Universitetinin rəhbəri CƏRİMƏLƏNDİ  |     12:17 Gəncədə 22 yaşlı qadın BIÇAQLANDI: Əri saxlanıldı (Yenilənib)  |     12:15 Sumqayıtda 66 yaşlı kişi hamamda yıxılaraq ÖLDÜ  |     12:15 İşləyən vətəndaşların pensiyaları nə qədər artacaq? - FOTO  |     12:13 Azərbaycandan keçməklə Rusiyadan Ermənistana 10 vaqon gübrə göndəriləcək  |     11:55 Okampo Bakıya qarşı genişmiqyaslı dezinformasiya kampaniyasını necə qururdu? - Video  |     11:50 Azərbaycanda 79 nəfər zəhərlənib, 5 nəfər ölüb  |     11:49 İsveç saxta bayraq altında üzən gəmini saxladı  |     11:47 Yaxın Şərqdəki gərginliyin əks-sədası: Azərbaycanın təkər bazarında qıtlıq yarandı - Video  |     11:45 Maştağadakı psixiatriya xəstəxanasından pasiyentlər qaçıblar? - Yaxınlıqda yaşayan sakinlər DANIŞDILAR - Video  |     11:42 Alyona Əliyeva "Baku Fashion Week" moda həftəsindən paylaşım edib - FOTO  |     11:36 Türkiyədə təhsil alan azərbaycanlı gənc faciəli şəkildə HƏLAK OLDU - FOTO  |    
Left Banner
Right Banner

Rusiyada azərbaycanlılar arasında qanlı insident

03.12.2018 11:57 4 485
Rusiyada azərbaycanlılar arasında qanlı insident
Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları Nadım şəhərində silahlı insident zamanı qətl törədən iki şəxsdən birini yaxalayıb.

Median.Az
Rusiya mətbuatına istinadən xəbər verir ki, dekabrın 1-i gündüz saatlarında şəhərdəki binalardan birinin qarşısında baş verən mübahisə zamanı iki nəfər silahlı şəxs üç şəhər sakininə atəş açıb.

Hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər ağır yaralanıb. Yaralılar şəhər xəstəxanasına çatdırılıb.

Hüquq-mühafizə orqanları şübhəlilərin kimliyini dərhal müəyyən ediblər. Hər iki şəxs hadisə yerindən qaçmağa müvəffəq olub. Məlumatlara görə, şübhəlilərdən biri artıq həbs edilib.

Ona qarşı qətl və ikidən çox şəxsə qarşı sui-qəsd maddələri ilə cinayət işi açılıb. Hadisənin təfərrüatı araşdırılır. İkinci şübhəlinin saxlanılması üçün əməliyyat davam etdirilir.

“Prestupnaya Rossiya” portalı isə Nadımdakı insidentin Azərbaycandan olan avtoritetlər arasında baş verdiyini açıqlayıb. Öldürülən şəxs mütəşəkkil cinayətkar dəstənin rəhbəri olan Aqşin Həsənov, yaralılar isə qardaşlar Yalçın və Mais Məmmədovdur.скачать dle 11.3
Mojo.az Banner